Prezident Kamil Əliyevlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident Kamil Əliyevlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az-ın xəbərinə görə, sərəncam Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb. Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd edilib ki, 2021-ci ildə Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmişdir. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.

OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...