Prezident Cüzeppe Konte ilə görüşdü

Prezident Cüzeppe Konte ilə görüşdü
 
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.

Əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi oldu.
 
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulandı. "Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının əhəmiyyəti qeyd olundu, bu sənədin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulandı. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri yüksək qiymətləndirildi.

Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirildi. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulandı. Bu səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edildi. Eyni zamanda, fevralın 21-də keçiriləcək biznes forumun daha böyük imkanlar yaradacağı diqqətə çatdırıldı.

Söhbət zamanı İtaliyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını dəstəklədiyi bildirildi. Həmçinin Əfqanıstanda sülhməramlı əməliyyatlarda ölkələrimizin birlikdə iştirakı qeyd edildi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olundu.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulandı. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından Azərbaycan ili elan edildiyi bildirildi.

Dövlətimizin başçısı İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət etdi. Nazirlər Şurasının Sədri bu səfəri məmnuniyyətlə qəbul etdiyini bildirdi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...