Postpandemiya dövründə biznes ideyalarını ehtiyatla analiz etməliyik

Postpandemiya dövründə biznes ideyalarını ehtiyatla analiz etməliyik

"Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən, 100-dən artıq iştirakçının qoşulduğu "Dünya və gənclər yeni şəraitdə” onlayn foruma sahibkar ekspert kimi dəvət aldım”.

 

Sfera.az xəbər verir ki, bu sözləri sahibkar, biznes üzrə ekspert, kimya üzrə fəlsəfə doktoru, Oxford Universiteti EMBA proqramı iştirakçısı, iqtisadçı Rüfət Əzizov bildirib.


Onun sözlərinə görə, onlayn forumdakı çıxışında gənclərin sahibkarlıq fəaliyyəti ilə bağlı postpandemiya imkanlarını analiz edib və tövsiyyələrini verib.

 

İqtisadçının çıxışında səsləndirdiyi tezisləri təqdim edirik:


1. Bütün dünya hazırda postpandemiya dövründən danışır. Hamı online texnologiyaların inkişaf edəcəyindən, təchizat zəncirlərinin lokallaşacağından, sağlam həyat tərzinin və tibb xidmətlərin önəminin artacağından bəhs edir. Düzdür ola bilər, lakin kütləvi axının arxasıyca düşünərək getməliyik. Postpandemiya biznes imkanları illuziyalarına qapılmamalıyıq. Yeni ideyalar fundamental biznes kriteriyalara uyğun gəlmirsə qəbul oluna bilməz - startegiya, əməliyyatlara uyğunluq, innovativ arxitektura, müştəri mərkəzli məhsul və servis dizaynı olmalıdır.

 

2. Online təhsil. Hazırkı online təhsil resursları insanlara tam uyğun deyil, uşaqlara heç uyğun deyilç ciddi boşluqlar var. Düzdür gələcəkdə Aİ və ML ilə müəyyən inkişaf olacaq, lakin bu heç vaxt real təhsili əvəz edə bilməz. İnsan beyninin analitik tərəfinin tələblərin Aİ və ML tətbiqi ilə online biznesi təkmilləşdirmək olarsa da, emosional tərəfi sosiallaşma, hisslər, toxunuş, real ünsiyyət tələb edir. Online təhsil real təhsilin tamamlayıcısı ola bilər. Əksinə insanlar pandemiya dövründə online təhsilin mənfi cəhətlərin görüb, real təhsilə daha çox qiymət verəcəklər.

 

3. Qlobal təchizat zəncirlərinin lokallaşması və ya milliləşməsi fikirləri də geniş yayılmaqdadır. Əlbəttə ki, biz bunu çox istərdik, çünkü bu yerli istehsalın inkişafına, regionalardakı insanların əməyindən istifadəyə daha çox şərait yaradardı. Lakin bu nə dərəcədə mümkün ola bilər? Böyük güclər, Çində olan artıq istehsal kapastələri, oturuşmuş gəmi və dəmir yolu şirkətləri, hansılar ki, milliardlarla investisiya əldə ediblər, buna nə dərəcə də imkan verəcək? Proseslər hansı sürətlə inkişaf edə bilər?

 

4. Sağlam yaşam tərzi, tibbi servislərin inkişafının da inkişaf etməsi üçün məhsul dizaynı əsasdır. Yəni, pandemiyadan sonra və ya əvvəl əgər mən velosiped sürmək istəyirəmsə, velosipedi mənə istidəyim zaman, həttə ağlıma gəldiyi an təklif etsəniz mən həmin servisdən istifadə edərəm. Yəni, məhsul dizaynı zamanı müştərinin individual istəklərinə uyğun servis dizaynı vacibdir. Qısa müddətli insanlar daha çox fikir verə bilərlər dezinfesiya və tibbi müayinə işlərinə, lakin müəyyən müddət sonra əvvəlki şəraitə qayıdacayıq. İnsan beyni pis şeyləri tez unudur. Atdığı addımlar daha çox pozitiv təcrübələr üzərinə olur. Pandemiya buna təsir etmir.

 

5. Post-pandemiya dövrünün biznes ideyaların süzgəcdən keçirmək üçün, biznes qurarkən səhv etməmək üçün isə gənclərimizdə dizayn təfəkkürü, innovasiyalar strategiyası və digər biznes səriştələri inkişaf etdirməliyik. Bu işdə isə yerli profesional biznes konsaltinq və təlim şirkətlərindən istifadə etməklə daha sistematik edə bilərik. Həm də krizis dövründə həmin şirkətlərə yardım etmiş olarıq, çünkü post-krizis dövründə ciddi çətinlikləri olacaq.

 

Sonda Rüfət Əzizov cənab prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin pandemiya krizisinin pəşəkar idarə etməsini xüsusi vurğulayaraq, bunun bir çox ölkələrə nümunə ola biləcəyimizi qeyd edib. Eləcə də bu ağır günlərdə xalqımızın qarşılıqlı yardımlaşması, təşkil edilən yardımlaşma kampaniyaları ilə bağlı qürur duyduğunu ifadə edib.



OXŞAR XƏBƏRLƏR