Populyar veriliş Füzuli rayonunda evin yanmasına \"səbəb\" olub

Populyar veriliş Füzuli rayonunda  evin yanmasına \
Kürdmahmudlu sakinlərinin bildirdiyinə görə, yanğın başlayanda evdəkilər Xoşqədəm Hidayətqızının verilişinə baxırmışlar

Füzuli rayonunun Kürdmahmudlu kəndində aprelin 22-də axşam saatlarında baş verən yanğın hadisəsinin təfərrüatları məlum olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin kənd sakini Nəbi Abbasovdan aldığı məlumata görə, Quliyev Səfər Məmmədxan oğluna məxsus 5 otaqlı fərdi yaşayış evi yanaraq kül olub: "Yanğına səbəb elektrik naqillərin də qısa qapanma olduğu ehtimal edilir. Həmin vaxt evdəkilər Xoşqədəm Hidayətqızının verilişinə baxırmışlar. Yanğının genişlənməsindən buna görə heç kimin xəbəri olmayıb. Alov hər tərəfi ağuşuna alandan sonra yanğını söndürmək mümkün olmayıb. Evdən heç nə çıxara bilməyiblər”.

Xoşbəxtlikdən hadisə zamanı insan itkisi qeydə alınmayıb. Nəbi Abbasovun bildirdiyinə görə hadisə zamanı ailənin 16 yaşlı üzvü Quliyev Elgül Səfər oğlu zəhərlənib. Onun vəziyyəti ağır qiymətləndirildiyindən  yeniyetmə təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Nəbi Abbasovun dediyinə görə, Səfər Quliyevin ailəsi hazırda qardaşının evində məskunlaşıb.


OXŞAR XƏBƏRLƏR

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb.   DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a veril...

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

AFFA-nın prezidenti Rövşən Nəcəf Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə görüşüb.   ...

Slovakiya Prezidenti sui-qəsdə uğrayan Baş nazirdən DANIŞDI: "Kritik saatlar..." 

Slovakiya Prezidenti Peter Pelleqrini “Pravda” nəşrinə müsahibəsində Baş nazir Robert Fitsonun yeni əməliyyata girməyəcəyini bildirib. Sfe...

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

E-poçt və mesajlardakı naməlum keçidlərə və rəqəmsal təhlükəsizliyinizi poza biləcək fayllara qarşı ehtiyatlı olun.   Sfera.az xəbər verir ki, bu bar...

Ruslar Xarkovda üstünlüyü necə əldə edirlər? – Zelenski AÇIQLADI

“Rusiya Silahlı Qüvvələri Kiyevdə hava hücumundan müdafiə vasitələrinin olmaması səbəbindən Xarkov vilayətini yarıb keçə bilib”.   Sfera....

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI - RƏSMİ

Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən ...