Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz

Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz
Biz elə hesab edirik ki, iki faydalı tərəvəzi, meyvəni birləşdirsək, orqanizm ikiqat xeyir görəcək. Amma orqanizmdə gedən kimyəvi prosesləri, eləcə də ərzaqların tərkibini düzgün bilmədiyimizdən səhvlərə yol veririk. Çox zaman isə harda, kimdə nəyi necə gördük, təkrar edirik.

Məsələn, süfrəmizdə hətta indi səhərlər də görünən pomidor-xiyar cütlüyü. Dədə-babalarımız pomidoru çox gec görüb, çünki Azərbaycana xas tərəvəz deyil. Və onlar heç vaxt pomidor-xiyar salatı etməyib.
Sfera.az xəbər verir ki,pomidor-xiyar, eləcə də digər ərzaqların ikilikdə qəbulunun zərəri barədə izahını təqdim edir.

Pomidor -xiyar - İş ondadır ki, xiyar tərkibinə görə qələvi, pomidor isə turşu təsirlidir. Onların hər birinin həzmi ayrı cür gedir. Pomidoru parçalayıb həll etmək üçün mədə qələvini sintez edir, xiyar üçünsə turşu lazımdır. İkisini birlikdə yedikdə göründüyü kimi mədə çaşır və həzm yaxşı getmir, turşu-qələvi balansı pozulur.

Pendirlə - qayğanaq, omlet - səhərlər bu ikili çox hazırlanır. Hər ikisi güclü zülal mənbəyidir. Mütəmadi belə yeyilsə, orqanizmdə zülal artıqlığından problemlər yaşana bilər.

Makaron və ya xingal pomidor və pendirlə - Turş tərkibli pomidorla karbohidrat makaronu, xəmiri qarışdırmaq olmaz. Həzm prosesi pozulacaq.

Südlə banan - İkisi birlikdə mədədə pis həzm olunur, ağırlıq yaradır.

Yeməklə meyvə - hətta yeməkdən dərhal sonra da meyvə yemək olmaz. Çünki mədə əvvəlcə yağ və zülalı parçalayır. Bu da 1-2 saat vaxt tələb edir. Deməli meyvə 2 saat sonra yeyilməlidir./medicina.az/

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...