Polad Bülbüloğlu Dərbənddə şənliyə qatılıb

Polad Bülbüloğlu Dərbənddə şənliyə qatılıb

Xalq artisti, tanınmış bəstəkar və müğənni Polad Bülbüloğlu Dərbəndin 2000 illiyi münasibətilə təşkil olunan bayram tədbirində Rəsul Həmzətovun sözlərinə bəstələnmiş mahnı ifa edib.

 P.Bülbüloğlu Dağıstan sakinlərini bayram münasibətilə təbrik edib:"Biz sevinirik ki, bu torpağa bayram gəlib. Qədim abidələrə, mədəniyyətə və öz dostlarına böyük diqqətlə yanaşmasına görə hamımız Dağıstanın indiki rəhbərliyinə təşəkkür edirik".Polad Bülbüloğlu qeyd edib ki, Dərbəndin qədim qala divarlarının əhatəsində çıxış etdiyinə görə xoşbəxtdir.

 "Dağıstan torpağında böyük Rəsul Həmzətovu xatırlamamaq mümkün deyil" deyən P.Bülbüloğlu şairin sözlərinə bəstələdiyi "Dolalay" mahnısını, habelə "Qorxma, mən səninləyəm" kinofilmindən mahnı ifa edib.Dərbənd şəhərinin yubileyinə Rusiyanın regionlarından və xarici ölkələrdən 40 nümayəndə heyəti gəlib. Onlar üçün möhtəşəm bayram proqramı hazırlanıb. 

 AzərTac

Aysel


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...