PKK silahlıları Qarabağda yerləşir – Türkiyə mediası şok təfərrüatları açıqladı

PKK silahlıları Qarabağda yerləşir – Türkiyə mediası şok təfərrüatları açıqladı

Ermənistan hökuməti Livan ermənilərini Azərbaycan ərazisi olan Qarabağda yerləşdirdikdən sonra PKK-nın sözügedən bölgəyə hücuma cəhdi etdiyi və PKK-nın qondarma xüsusi təyinatlılarını Qarabağa göndəriyi iddia edilir.


Məlum olduğu kimi, Ermənistan hökumətinin beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi olan və 29 il əvvəl Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın demoqrafik quruluşuna müdaxiləsi davam edir.

 

Sfera.az Türkiyə mediasına istinadla xəbər verir ki, Livanın paytaxtı Beyrutdakı liman partlayışından sonra Paşinyan hökuməti yüzdən çox Livan ermənisini Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırıb. Baş nazir Paşinyan gələnləri hava limanında qarşılayaraq, onlara tez bir zamanda vətəndaşlıq veriləcəyini bildirmişdi. 2009-cu ildə Suriya müharibəsi zamanı Suriya erməniləri üçün də eyni şərait yaradılmışdı və Dağlıq Qarabağa köç dalğası davam etdirilmişdi.

 

 

Paşinyanın demoqrafik quruluşla yanaşı, Dağlıq Qarabağdakı hərbi quruluşa da qeyri-rəsmi müdaxilələr etdiyi iddia edilir. Bölgədəki təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror təşkilatı PKK-nın xüsusi təyinatlılarını qondarma Dağlıq Qarabağa göndərdiyi və ermənilərə hərbi təlim verdiyi bildirilir. PKK-nın bölgəyə yeni hücum dalğası yaratmağı hədəflədiyinə işarə edildiyi bir vaxtda, Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi zamanı 250-ə yaxın erməni əsgərinin Suriyadakı PYD / YPG sıralarına qatıldığı iddia edilir.

 

Bir müddət əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirmişdi ki, Livanda yaşayan erməni ailələrinin Qarabağa köçürülməsi işin görünən tərəfidir. Onun sözlərinə görə, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK-çı Dağlıq Qarabağa yerləşdirilib.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...