Pişiyin ayağının kəsilməsinə görə kim cərimələnəcək? - VİDEO

Pişiyin ayağının kəsilməsinə görə kim cərimələnəcək? - VİDEO
Sosial şəbəkələrdə "Sədərək” Ticarət Mərkəzində kafelərin birində pişiyin bir ayağının kəsilməsinə görə ittiham olunan kababçının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə cərimələndiyi haqda məlumatlar yayılıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı hazırda araşdırma aparılır:

"İnzibati xətalar qanunvericiliyinə uyğun olaraq, həmin şəxsin pişiklə qəsdən rəhmsiz davranması, tələf etməsi araşdırmalarla sübuta yetirilsə, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi ) uyğun olaraq, barəsində müvafiq tədbir görüləcək”.

Bildirək ki, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulur.

Qeyd edək ki, məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsində toplanan materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib./ Qafqazinfo
 


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...