“Pfizer” tərəfindən hazırlanan peyvəndin ölümcül təsirləri var? - Yeni İDDİA

“Pfizer” tərəfindən hazırlanan peyvəndin ölümcül təsirləri var? - Yeni İDDİA
"BioNTech” tərəfindən hazırlanan "Comirnaty” adlı koronavirus peyvəndinin ölümcül yan təsirləri olduğu iddiası böyük səs-küyə səbəb olub.

Sfera.az xəbər verir ki, peyvəndi dərindən araşdıran və onun mümkün yan təsirlərini müzakirə edən Avropa Dərman Agentliyi "Comirnaty”nin multisistem iltihab sindromuna səbəb olması ilə bağlı iddiaları təkzib edib.

Dünyada milyonlarla insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı hazırlanmış peyvəndləri vaxtaşırı yoxlayan və onun mümkün yan təsirlərini müzakirə edən Avropa Dərman Agentliyi (EMA) yeni məqalə dərc edib.

Məqalədə pr. Uğur Şahin və Özlem Türecinin ortaq qurduğu "BioNTech” şirkətinin və "Pfizer” tərəfindən hazırlanan koronavirus peyvəndi "Comirnaty”inin multisistem iltihab sindromuna səbəb olduğu iddialarının qiymətləndirildiyi bildirilib.

Qiymətləndirmə nəticəsində "Comirnaty” ilə bu xəstəlik arasında əlaqə üçün kifayət qədər dəlil və sübut olmadığı açıqlanıb. Digər tərəfdən, ürəkdə iltihaba səbəb olan miokarditlə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...