No Image
No Image

Peyvənddən sonra virusa yoluxma niyə baş verir? - VİDEO

Peyvənddən sonra virusa yoluxma niyə baş verir? - VİDEO
COVID 19-a yoluxma sayında son günlər artım müşahidə edilir. Maraqlısı budur ki, yoluxanlar arasında vaksini  iki dozada qəbul edənlər var. Həmin şəxslər xəstəliyi yüngül formada keçirsələr də, vaksindən çox keçmədən virusa  yoluxublar.  Bəs 2 doza peyvənd olunan insanın virusa yoluxma səbəbi nədir? Məsələ ilə bağlı bilmədiyimiz və ya bizə qaranlıq qalan bəzi məqamlara toxunacağıq. 

Sfera.az xəbər verir ki, peyvəndin iki dozasını da qəbul edən vətəndaşlar arasında COVID 19 -a yoluxma halları qeydə alınır.

COVID 19 -un müalicəsi ilə məşğul olan həkimlər son günlərdə artan yoluxma sayına nəzər yetirdikdə vaksin olunanlarda da yoluxmanın müəyyən edildiyini deyirlər. Hazırda bu rəqəm elə çox olmasa da ümumi yoluxma sayında özünü göstərir.

Həkim infeksionist Vüsalə Yaşarın sözlərinə görə, vaksin olunan şəxslərdə yoluxma hallarının qeydə alınmasının bir sıra səbəbləri var. Vətəndaşlar vaksin olunduqdan sonra imunitetin yaranması müddətini gözləmədən sosial məsafə və gigiyena qaydalarını unudurlar. Bununla yanaşı virusun inkubasiya dövründə vaksin olunanlarda da yoluxma qeydə alına bilir.

Həkimin sözlərinə görə, vaksin olunan hər bir şəxs özünü qorumalıdır. Yoluxmanın əsas artma səbəblərindən biri isə gizli keçirilən  mərasimlərdir. Vüsalə Yaşar bildirir ki, kütləvi yoluxma hallarını araşdırarkən məlum olur ki, bir çox hallarda vətəndaşlar gizli keçirilən hər hansısa nişan və ya yas mərisimində yoluxublar. Bayram günlərində olan təmasların yoluxma sayına necə təsir edəcəyi isə yaxın günlərdə bilinəcək.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vaksin olunan şəxslərin DİQQƏTİNƏ! - "Minimum 3 gün..."

Koronavirusa qarşı vaksin olunan şəxslərə həkimlər peyvənd olunan nahiyənin bir neçə gün qorunmasının zəruliyini bildirir. Mütəxəssislər əks təqdirdə müxtəlif p...

Peyvənddən sonra virusa yoluxma niyə baş verir? - VİDEO

COVID 19-a yoluxma sayında son günlər artım müşahidə edilir. Maraqlısı budur ki, yoluxanlar arasında vaksini  iki dozada qəbul edənlər var. Həmin şəxslər x...

Azərbaycanda Britaniya ştammı aşkarlandı - RƏSMİ

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq "Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib ...

“Dərhal üzr istəsin!” - “Sputnik V” vaksininin yaradıcılarını qəzəbləndirən açıqlama

Rusiya istehsalı olan "Sputnik V”-in yaradıcıları sözügedən preparatın Avstriyada təcili təsdiqlənməsi perspektivini "rus ruletkası” ilə müqayisə edən Avropa ...

ABŞ-la Rusiya arasında “peyvənd müharibəsi” – İşə kəşfiyyat xidmətləri qarışıb?

ABŞ Dövlət Departamenti Rusiyanı peyvəndlərlə bağlı yanlış məlumat yaymaqda günahlandırıb. Sfera.az-ın ria.novosti-yə istinadla məlumatına görə, ABŞ Ru...

İsa Qəmbər koronavirusa qarşı peyvənd vurdurdu - VİDEO

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, sabiq spiker İsa Qəmbər koronavirus əleyhinə peyvənd olunub. Sfera.az xəbər verir ki, Müsavat partiyasının ...