Peyvənd olunmuş azərbaycanlı həkim: \"İynə vurulan qolum üstündə yata bilmədim\"
22:59 / 15.01.2021
4614
Türkiyədə yaşayan azərbaycanlı həkim Turanə Rəsulova peyvənd olunduqdan sonra vəziyyəti barəsində "Facebook"da məlumat paylaşıb:
"İlk vaksin dozamı almağımdan 1 sutkadan çox keçir. Bu müddət ərzində inyeksiya yerində ağrı hiss etdim, gecə iynə vurulan qolum üstündə yata bilmədim. Gün ərzində bir az ümumi miyaljim- əzələ ağrım oldu. Qızdırmam olmadı, baş ağrım və başqa bu kimi əlamətlərin heç biri olmadı. Amma1 ildir hiss etmədiyim qədər azad hiss etdim, gözəl hiss etdim bu gün. Virusdan ilk dəfədir ki, qorxmadım. Maskamı taxdım, yenə eyni şəkildə özümü qorudum. İçimdə gözəl bir özgüvənlə "artıq səndən qorxmuram" hissi yaşadım. Bax, bu, nəyə desən dəyər".
Qeyd edək ki, həkim "Sinovac" vaksinini vurdurduğunu bildirib. (Mediapost)