Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq
COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.
 
Sfera.az xəbər verir ki, bu, "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası” barədə Baş nazir Əli ƏSədovun imzaladığı sənəddə əksini tapıb.

Belə ki, COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir:

COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz;

COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə - 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını 56 gün ərzində aldıqda – müddətsiz;

Peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə;

Neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə – 72 saat (nəticənin elan olunduğu saatdan).

Xarici sertifikatların etibarlılıq müddəti xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə münasibətdə beynəlxalq təcrübədə nəzərdə tutulmuş razılaşmalarla, Azərbaycan vətəndaşlarına münasibətdə isə bu Qaydaya uyğun olaraq müəyyən edilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq - "Ovucumun içini iyləməmişəm, amma..."

"COVİD-19-la bağlı insanlar nə etmək lazım olduğunu bilirlər. Başa düşün ki, çox qalmayıb, iki, maksimum üç həftəyə Azərbaycanda da qırğın günlər başlayacaq”. ...

Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib. Sfera.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, genera...

Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...

Bir müddət əvvəl Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, idman və mərc oyunları ilə bağlı müəyyən qadağalar tətbiq etdi. Dəyişikliyə əsasən...

Vilayət Eyvazovdan DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-po...

Tələbəsi Cabbar Musayevi təhqirə görə məhkəməyə verdi

Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verib. Sfera.az-ın məlumatına görə, qadın ifaçı tanınmış müğənnini onun şəxsiyyətini a...

“Omikron” ştammına yoluxmamaq üçün nə etmək lazımdır? – VİDEO

Hazırda dünyada 51 milyondan çox insan koronovirus infeksiyasının aktiv daşıyıcısıdır.  Ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yolux...