Peyvənd olunanların vəziyyəti necədir?

Peyvənd olunanların vəziyyəti necədir?
"Yanvarın 18-dən başlayan vaksinasiya prosesi Azərbaycanın bütün regionlarında keçirilir”.

Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, regionlar üzrə peyvənd olunan tibb işçiləri arasında özünü pis hiss edən və ya halı pisləşən olmayıb: "Bu barədə bizdə heç bir məlumat yoxdur”.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Bakı şəhəri üzrə tibb işçilərinin, eləcə də digər vətəndaşların peyvənd olunmasına və həmin şəxslərin vaksinasiyadan sonra səhhətlərinə Səhiyyə Nazirliyi nəzarət edir.


Lakin nazirlik məsələ ilə bağlı "Report”un sorğusunu cavablandırmayıb. Ona görə də Bakıda peyvənd olunan tibb işçilərinin durumu barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksini istifadə edilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na görə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:


- səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

- hüquq mühafizə orqanlarının əməkdaşları;

- hərbi qulluqçular;

- saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

- təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- yaşlı əhali ≥65;

- TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18). (Report)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...