“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir

“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir
Xəbər verdiyimiz kimi, Avstraliyanın Tazmanya və Viktoria ştatlarında "AstraZeneca” peyvəndinin ilk dozasını vurduran daha iki nəfərin qan laxtalanması səbəbilə öldüyü açıqlanıb.

Ölkənin dərman vasitələri sahəsini tənzimləyən təşkilatı TGA tərəfindən verilən məlumata görə, "AstraZeneca” peyvəndinin ilk dozasını vurduran Tazmanya ştatında 44 yaşındakı bir kişi və Viktoria ştatında 48 yaşındakı bir qadın qan laxtalanması səbəbilə ölüb.

Avstraliyada peyvəndləmənin başlamasından bəri tətbiq olunan 6,1 milyon doza "AstraZeneca” peyvəndinə bağlı olduğu qeyd edilən qan laxtalanmasından ölənlərin sayı artıq 6-ya yüksəlib. Ümumiyyətlə, bu peyvəndin öldürməsi ilə bağlı indiyədək çox fikir səsləndirilib.

Bir çox ölkələr hətta ingilis-İsveç birliyi vasitəsilə yaranan vaksinin qan laxtalanması yaratdığını açıqlayaraq, ondan istifadədən imtina ediblər. Hətta ad dəyişimi də kömək etməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndi istifadə üçün təsdiqləyib.

Maraqlıdır ki, ölüm hallarının bu peyvəndlə əlaqələnməsinin səbəbi nədir? Həqiqətən də mi,”AstraZeneca” öldürür?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Azər Nağıyev bildirib ki, bu sadəcə ölkələrin səsləndirdiyi fərziyyədən başqa bir şey deyil:
 




"Hər bir ölkədə yeniliklər olanda ona qarşı tənqidi fikirlər, şou xarakterli söz-söhbətlər olur. Lakin bir şəxsin fikri əsas götürülə bilməz. Heç bir elmi sübutu yoxdur ki, "AstraZeneca”nın ölüm faizi o birilərdən çoxdur. Bu, sadəcə bir fərziyyədir. Bu fərziyyə də bütün peyvənlərə qarşı səsləndirilib”.

ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diqanostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib ki, bütün peyvəndlər haqqında belə fikirlər mövcud olub, amma bunun heç bir elmi əsası yoxdur:
 




"Şəxsin peyvənd olunduqdan sonra ölməsinin birbaşa peyvəndlə əlaqəsi yoxdur. Mən peyvəndin öldürməsi ilə bağlı yayılan informasiyalara inanmıram. Çünki bu, elmi şəkildə əsaslandırılmalı, ortaya arqumentlər qoyulmalıdır. Meyidin üzərində analizlər aparılmalı, toxumalardan analizlər götürülməlidir. Belə şaiyə xarakterli fikirlər çoxdur.

Əvvəlcə "SinoVac”, sonra "Pfizer”, sonra "Sputnik V”, sonra AztraZeneca”ya qarşı belə fikirlər səslənidirildi. Hətta bu, artıq "AstraZeneca”ya qarşı səsləndirilən iddiaların ikinci partiyasıdır. Bunlar əsasını tapmayacaq şeylərdir. Burada biznes maraqları da ola bilər”.

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov isə deyib ki, peyvəndlərdən ölüm halları mümkündür, çünki hər kəsin orqanizmi fərqlidir:
 




"Ümumiyyətlə peyvəndlər kütləvi şəkildə istifadə olunduğu zaman ölümlər ola bilir. Avropa ölkələrində mətbuat və qeyri- hökumət təşkilatları bu kimi məsələlərə ciddi nəzarət etdiyinə görə ölüm halları ciddi araşdırılır və nəticə ortaya qoyulur. Çin kimi ölkələrdə belə məlumatlar açıqlanmır.

Çünki orada bu məsələlərə jurnalisti yaxın buraxmırlar, mediada yayılmasının qarşısı alınır. ABŞ 1 ay öncə belə bir statistik məlumat açıqlamışdı ki, indiyə qədər peyvənd edilən əhalidən 400 nəfəri vaksindən ölüb. Onlar həm də açıqlayıblar ki, bu şəxslərin əksəriyyəti ürək-damar xəstəliyindən əziyyət çəkən şəxslər olub.

Yəni belə hallar bütün vaksinlərdə olur. Heç bir vaksində ölüm halından sığortalanma olmur. Lakin bu da normaya uyğun olmalıdır. Məsələn, Amerikada 300 milyon insana vaksin vurulur və bunun da 400 nəfəri ölürsə, bu, pis statistika deyil. 400 nəfərə görə o qədər insanı təhlükədə qoya bilməzsən axı. Yəni tibbdə belə hallar olur.

Bəzi dərmanların da üzərində yazılır ki, bu preparatdan istifadə etdikdə müəyyən xəstəliklər inkişaf edir. Bu, kimin bəxtinə düşsə, orada nə həkimin, nə də bir başqasının günahı var. Çünki hər şəxsin orqanizmi bir cürdür deyə ölüm halları ola bilir. Amma çox insana bu kimi peyvəndlər, dərmanlar müsbət təsir etdiyi üçün onların verilməsi məqbul hesab edilir. Bu, bütün dünyada belədir”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...