Pərviz Abdullayevin qohumundan Acunla bağlı — ŞOK AÇIQLAMA

Pərviz Abdullayevin qohumundan Acunla bağlı — ŞOK AÇIQLAMA
Türkiyənin "TV8” telekanalında yayımlanan məşhur "Survivor” yarışmasında Pərviz Abdullayevin gözlənilməz şəkildə yarışı tərk etməsi ilə bağlı hələ də söz-söhbətlər səngimir.
 
Sfera.az "Futbol+"a istinadən xəbər verir ki, Acun Ilıcalının Türkiyə mediasına "Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkə vətəndaşları Pərvizə səs verib onu qalib edəcəkdi. Bu isə düzgün olmazdı. Pərviz güclü iştirakçı idi. Ancaq bu yarışda təmkinlə mübarizə aparmaq işə yaramır. Lazım olanda xarakter nümayiş etdirməlisən. Pərviz passiv oldu və yarışla vidalaşdı”, - deyə açıqlama verməsi də azərbaycanlı izləyiciləri qane etməyib.

Xatırladaq ki, hazırda Dominikanda olan idmançımızın əmisioğlu, "Kobra” İdman Klubunun direktoru Faiq Abdullayev də Acun bəyin fikiləri ilə razılaşmayıb: "Əvvəlcə onu bildirim ki, son ana qədər, daha dəqiq desəm, Pərviz telefonunu təhvil verən dəqiqəyə kimi "ACUN MEDİA”dan bizə deyilmişdi ki, Azərbaycandan da səs göndərmək olacaq. Ancaq yarışa başlayanda bildik ki, bu mümkün olmayacaq. Yalnız bank hesabı olan, onu telefonuna yükləyən azərbaycanlılar bunu edə bilərdi. Özünüz də bilirsiz ki, bu sistem çoxlarının telefonunda yoxdu. Sadə vətəndaşlar, Pərvizin çıxışını izləyənlər lazımi anda ona dəstək olmaq istəsələr də, bunu edə bilmirdilər. Acun bəyin açıqlamasıyla tanışam. Ancaq onun "belə halda başqalarına haqsızlıq etmiş olardıq” fikirləri ilə razılaşmıram. Azərbaycanın 10, Türkiyənin 80 milyondan çox əhalisi var. Bu o deməkdi ki, istənilən türkiyəli yarışmaçıya yetərincə səs vermək olardı. Pərviz ilk gündən favoritlər arasında idi. Ancaq gülməli bir addımla, xanımların əli ilə onu yarışdan uzaqlaşdırdılar. Pərviz yarışa rəng qatan iştirakçılardan biri idi. Onu tək Azərbaycanda yox, Türkiyədə də sevirdilər. Təəssüf ki, onu mücadilədən erkən yola saldılar. Hamı gözləyirdi ki, Pərviz finala qədər gedəcək”.

Faiq bəy yarışdan uzaqlaşdırılan əmisioğlunun hazırda Dominikanda qalmasının səbəbini də söyləyib: "O "Survivor”a qoşulanda əlaqə üçün mənim nömrəmi qoymuşdu. Ailə üzvləri, bizlərlə danışanda da mənimlə əlaqə saxlayırdı. Koronavirusla bağlı Tükiyənin hava məkanı bağlı olduğundan Pərviz hələ də Dominikandadı. Arada danışırıq. Özü də çox darıxır, qısa vaxtda vətənə dönmək istəyir. Lakin məlum səbəblərdən hələ gələ bilmir. Vəziyyəti yaxşıdı, onlar üçün xüsusi məkan ayrılıb və orda qalırlar. Onu deyim ki, bu gün saat 5-də efirə gedəcək "Panorama” verilişində Pərviz görüntülü efirə qoşulacaq. Kim istəsə, baxa bilər”.


OXŞAR XƏBƏRLƏR

"Mançester Siti"nin futbolçusundan HƏMKARINA: "Ən yaxşı oyunçudur"

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden komanda yoldaşı Kevin De Bruyneni İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu elan edib.   ...

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...