Pensiya və təqaüdlərlə bağlı nazirlikdən mühüm AÇIQLAMA

Pensiya və təqaüdlərlə bağlı nazirlikdən mühüm AÇIQLAMA

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də "Azərpoçt” MMC-nin istənilən bankomatından və yaxud POS-terminalından əlavə faiz tutulmadan əldə etmək mümkündür. 

Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 

Qeyd edək ki, bu addım nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında əldə olunmuş razılıq əsasında atılıb. 


OXŞAR XƏBƏRLƏR