No Image
No Image

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sfera.az xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”. Sfer...

Gömrük Komitəsi ölkədən çıxarılan pullarla bağlı məlumat yaydı

"Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən yeddi bank vasitəsilə ölkədən nağd...

Ramazan ayının təqvimi açıqlandı – CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz, imsak və iftar vaxtları əks ...

Bakı Limanında Söhrab İsmayılova yüksək vəzifə verildi

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub. Sfera.az xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri El...

“Məcburi köçkünlər o evlərdə müvəqqəti yaşayır” - “Qaçqınkom” sədri

"Məcburi köçkünlər üçün salınmış 115 qəsəbədə mənzillər onların öz torpaqlarına qayıtmasından sonra digər dövlət strukturlarının balansına veriləcək”. Sfe...

Azərbaycanda pandemiyanın bitəcəyi TARİX AÇIQLANDI - VİDEO

Azərbaycanda vaksinasiya artıq sürətli getməyə başlayıb. Azərbaycanda istifadə olunan vaksinlərin hamısı təhlükəsizlik baxımından dünyanın ən ciddi labaratoriya...