Paytaxtda güclü PARTLAYIŞIN ardınca yanğın başlayıb
12:50 / 08.11.2019
1522
Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.
Sfera.az xəbər verir ki, partlayış paytaxt kafelərindən birində qeydə alınıb. Məlumata görə, ardıcıl olaraq 3 partlayışdan sonra kafedə yanğın başlayıb.
İlkin məlumata görə, insident nəticəsində yaralananlar var.
Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.