Paşinyanın əsl niyyəti budur - Markov

Paşinyanın əsl niyyəti budur - Markov
Nikol Paşinyan qərbmeyilli siyasətçidir. O istərdi ki, Ermənistan Rusiyadan istifadə etsin, amma Qərb tərəfə hərəkət etsin.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Rusiyadan kömək umur, belə ki, rəsmi Moskvanın İrəvana kifayət qədər yardım etmədiyini düşünür: "Bu, Ermənistanda Rusiya əleyhinə nümayişlərin keçirilməsinə səbəb olur. Paşinyan isə digər təşkilatlara üz tutacağı, kömək üçün Fransa, ATƏT, NATO, ABŞ və digərlərinə müraciət edəcəyi ilə şantaj edir”.

Politoloq vurğulayıb ki, Avropa İttifaqı və Fransa Qarabağ məsələsində təşəbbüsü Rusiyanın əlindən almağa çalışır: "Paşinyan bundan Rusiyaya qarşı şantaj aləti kimi istifadə etməyə çalışır, bu səbəbdən dekabrın 15-i Prezident Əliyev ilə Brüsseldə görüşmək istəyir”.

S.Markovun sözlərinə görə, bu, Rusiyanın kəskin narazılığına səbəb olub, belə ki, Paşinyan noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşmək istəmədi, amma Avropa İttifaqının vasitəçiliyi ilə görüşmək istədi: "O, vəziyyəti yumşaltmaq üçün Brüsseldən öncə Azərbaycan və Rusiya liderləri ilə Soçidə görüşür, lakin bu görüş onun üçün məcburi xarakter daşıyır. O, Rusiyanın qəzəbini soyutmağa çalışır”.

Rusiyalı ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvanın diplomatik səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıması tələb olunur.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...