Paşinyan Tehranı necə aldatdı? – “İran alternativ yola pul xərcləyir, amma...”

Paşinyan Tehranı necə aldatdı? – “İran alternativ yola pul xərcləyir, amma...”
İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmin bildirib ki, İrəvan 21 km-i Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olaraq İrandan Gürcüstana yeni tranzit yol çəkmək istəyir. Hatemiyə görə mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir.
 
Maraqlıdır, İran bununla nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu layihə əvvəldən mövcud idi, lakin İran bahalı işə pul yatırmaq istəmirdi:
"İndi rentabelli olmasa belə, bu layihəyə dəstək verməyə hazırlaşırlar. Məsələ ondadır ki, İran Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxmaq istəyir. Bu, İranın Zəngəzur dəhlizi vasitəsilə nəzərdə tutulan böyük tranzit xəttinə "alternativi”dir. Hatəmi bununla İran-Ermənistan maraqlarının ortaq olduğunu, Tehranın Bakıya qarşı oynadığını açıq şəkildə ifadə edir".                   
 
A. Nərimanlı qeyd edib ki, İranın nail olmaq istədiyi bir neçə hədəfi var:

"Birincisi, alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və reallaşmamasını təmin etməyə çalışır. İkincisi, bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünür. Üçüncüsü, Tehran Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir.
Ancaq məsələ bundadır ki, həm Gorus-Qafan tranzit yoluna alternativlər, həm də Ermənistandan Gürcüstana yol dağlıq ərazilərdən keçir. Bu marşrut külli miqdarda vəsait deməkdir”.

Ekspertin sözlərinə görə, avqustda Tehrana səfər edən Paşinyanın sentyabrda Tiflisə apardığı təkliflərdə bu idi, lakin Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir:
 
"Bu prosesdə Paşinyanın Tehranı necə aldatdığı aydın görünür. Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini (Gorus-Qafan yoluna alternativ) iranlıların pulu ilə həll etmək istəyir, hərçənd, Zəngəzur dəhlizinin açılmasına məcbur olduğunu özü də anlayır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...