Paşinyan Putinlə Qarabağdan danışdı

Paşinyan Putinlə Qarabağdan danışdı
 Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.

Sfera.az xəbər verir ki, tərəflər eyni zamanda iqtisadi məsələləri müzakirə ediblər. Putin ölkələr arasında ticarətin intensivləşdiyini qeyd edib.

"Biz ikitərəfli gündəlikdəki bütün məsələlər və regional məsələlər üzrə sizinlə müntəzəm təmasdayıq. Buna baxmayaraq, həmişə çoxlu suallar yaranır. Dialoqumuzun intensivliyini nəzərə alsaq, bu, göz qabağındadır. Biz Qarabağ probleminin həllində Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə üçtərəfli formatda birgə fəal işləməyə davam edirik. Çoxlu suallar var”, - deyə Putin qeyd edib.


 

OXŞAR XƏBƏRLƏR