“Paşinyan müharibəni uduzub, Putinin tualetinin qabağında ulayır…” – Rus polkovnik

“Paşinyan müharibəni uduzub, Putinin tualetinin qabağında ulayır…” – Rus polkovnik

Ermənistanın indiki rəhbəri Nikol Paşinyan Qarabağda yaranmış vəziyyətə görə özü günahkardır. Bu barədə PolitWera internet-kanalının efirində istefada olan rusiyalı polkovnik, Rusiyanın Belarusda regional qoşun qruplaşmasının yaradılması üzrə işçi qrupunun üzvü olmuş Vladimir Truxan deyib.


Truxan qeyd edib ki, Paşinyan "rəngli inqilabların” sponsoru olan amerikalı milyarder Corc Sorosun adamıdır. "O, Paşinyan artıq başa düşür ki, müharibəni demək olar uduzub. Çünki onlar (Ermənistana rəhbərlik edənlər) orada (Qarabağda) pul qazanmaqla məşğul olanda Azərbaycan düşünülmüş şəkildə müharibəyə hazırlaşırdı. Üstəlik mən Türkiyənin az qala Rusiyanı orada ələ saldığı barədə qışqıran "qaynar başları” soyutmaq istəyirəm,-belə deyil, ermənilər hərbi planda biraz ağılsız oldular, onlar həmin qruplaşmanı ora yerləşdirəndə anlamadılar ki, Azərbaycan necə onu əzəcək”,-polkovnik bildirib.


 

Truxan əlavə edib ki, Paşinyan 2018-ci ildən bəri ardıcıl olaraq Rusiya ilə münasibətləri bütün istiqamətlərdə korladı. "Biz bu haqda sizin efirinizdə danışmışıq, 2019-cu ildən bəri Moskvadan heç kim Paşinyanla düz-əməlli ünsiyyət saxlamırdı, indi o Putinin tualetinin qabağında ulayır. Paşinyan Müdafiə Nazirliyinin bütün rəhbərliyini sıradan çıxardı, onları çıxarıb yerinə öz "sorosçularını” qoydu. Onların müdafiə naziri var, heç vaxt orduda xidmət etməyib və NATO ilə koordinasiyadan başqa heç bir hərbi təcrübəsi yoxdur. Əvəzində onlar bütün NATO məşğələlərində iştirak etdilər və bax bütün məsələ də bundadır. Kim onlara kömək etdi? Bax ona görə də o (Paşinyan) indi Rusiyaya müraciət edib”,-V.Truxan deyib.

 

 

virtualaz.org


 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...