Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı

Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
 Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün ölkədə daxili çəkişmələri dayandırmağa çağırıb. Sfera.az bildirir ki, bu barədə "RİA Novosti” xəbər verib.

"Biz ölkədə vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacibi əsirlərin, itkin düşənlərin və potensial olaraq gizlənmiş hərbçilərin problemidir, hansını ki, çox tez həll etmək lazımdır”, - deyə Paşinyan feysbukda yazıb.

Baş nazir daxili fikir ayrılıqlarının problemin həllini sürətləndirməyəcəyini də yazıb. "Problemin həlli yalnız bir halda sürətlənəcək. Əgər hamı başa düşsə ki, bununla bağlı daxili toqquşmalar olmayacaq”, - deyə paylaşımda bildirilir.

O qeyd edib ki, gələcəkdə kimin günahkar olması və kimin necə məsuliyyət daşıyacağı aydınlaşacaq. "Amma indi biz bir-birimizlə mübarizəyə deyil, problemin birgə həllinə diqqət yetirməliyik. Mən buna əminəm", - deyə Paşinyan qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...