Parlament sədrləri Şuşada - FOTOLAR

Parlament sədrləri Şuşada - FOTOLAR
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistanın Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər ediblər.

Sfera.az xəbər verir ki, qonaqlar əvvəlcə Şuşadakı Saatlı məscidinə gəliblər. Onlara məlumat verilib ki, bu məscid Ermənistanın işğalı dövründə Qarabağdakı digər məscidlər, dini və mədəni abidələr kimi dağıdılıb. Hazırda məsciddə yenidənqurma və bərpa işləri aparılır.

Sonra parlament sədrləri Şəhər meydanına gedərək orada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Şuşa Bəyannaməsini imzaladıqları yerlə tanış olublar. Qeyd edilib ki, bu sənəd iki qardaş və dost ölkə olan Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrini əhatə etməklə münasibətlərimizi ən yüksək zirvəyə qaldırır.

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin önünə gəliblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Daha sonra qonaqlar Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış saray kompleksinə baxıblar. Məlumat verilib ki, lirik şeirlər müəllifi olan Natəvanın evi Şuşa Ermənistan tərəfindən işğalınadək şəhərin memarlıq baxımından özünəməxsus tikililərindən hesab edilirdi. Natəvanın evi şəhərin ən gözəl binalarından biri olub və tikililər içində xüsusilə seçilib. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Natəvanın evi ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılıb.

Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər və parlament nümayəndə heyətləri Şuşa Qala divarları ilə tanışlıqdan sonra Aşağı və Yuxarı Gövhərağa məscidlərini ziyarət ediblər.

Sonra parlament nümayəndə heyətləri Cıdır düzündə olublar. Burada 3 ölkənin parlament rəhbərləri xatirə şəkli çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...