“Parkinq məsələsində xarici mütəxəsislərlə birgə işçi heyətinin yaradılması ideal həll yoludur” - ŞƏRH

“Parkinq məsələsində xarici mütəxəsislərlə birgə işçi heyətinin yaradılması ideal həll yoludur” - ŞƏRH
 Dünyaya açıq sinxron bir sistemimiz olsa, 10 il içində xarici mütəxəssislərə ehtiyacımız azalacaq.
 

"Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə, görülən işə xarici məsləhətçilər cəlb edilir”.

Bu sözləri ekspert-memar Söhrab Rəhimov Bakı Nəqliyyat Agentliyinin (BNA) parkinq məsələsinin həlli ilə bağlı xarici mütəxəssislərə müraciətinə münasibət bildirərkən söyləyib. Ekspert bəzi ərazilərdə xüsusi texnologiyalara ehtiyac ola biləcəyini vurğulayıb:

"Avtodayanacaqların texnologiyasına görə əcnəbilərə müraciət edilirsə, bu, doğru addımdır. Çünki parkinqlər inşaat üçün yer məhdudiyyəti olan bəzi ərazilərdə xüsusi texnologiyalar tələb edə bilər. 

Avtodayanacaq anlayışında sadəcə təkmərtəbəli və ya çoxmərtəbəli, sadə dəmir və ya dəmir-beton konstruksiya nəzərdə tutula bilməz. Bu məsələdə yerli və xarici mütəxəssislərin birgə iş prinsipi çox yaxşı olar. Burada sadəcə avtodayanacaq inşa etməkdən söhbət getmir. Uyğun yerin ayrılması, nəqliyyatın analiz edilməsi kimi vacib amillər var. 

İnsanların rifahı, şəhər mədəniyyəti üçün bu addımların atılması mühümdür. Xarici mütəxəsislərlə birgə işçi heyətinin yaradılması ideal həll yoludur. Çünki yerli və əcnəbi mətəxəssislərin məlumat alış-verişinə ehtiyacları var. Onların bizə texnologiya barəsində çox köməkləri ola bilər. Ancaq bu texnologiyanın hansı yerlərdə istifadə edilməsi üçün yerli mütəxəssislərlə birgə işləmək lazımdır. 

Düşünürəm ki, bizdə yenilikçi mütəxəssislər çox qıtdır. Dünyaya açıq sinxron bir sistemimiz olsa, 10 il içində xarici mütəxəssislərə ehtiyacımız azalacaq. Ancaq dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə, xarici məsləhətçilər işə cəlb edilir. Bizdən fərqli olaraq, onlar bu işə məsləhət xidməti deyirlər”. 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...