Papa təyyarədə Qarabağ münaqişəsinin “həll düsturu”nu tapdı – MÜSAHİBƏ

Papa təyyarədə Qarabağ münaqişəsinin “həll düsturu”nu tapdı – MÜSAHİBƏ
Roma Papası Fransisk Bakı səfərini yekunlaşdırandan sonra Vatikana doğru uçan təyyarəsində jurnalistlərin suallarını cavablayıb. Papa 51 dəqiqə ərzində homoseksuallardan tutmuş siyasi münaqişələrə qədər bir çox şeydən danışıb.

Publika.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Siz Gürcüstanda dediniz ki, gender nəzəriyyəsi "nikaha ciddi təhlükə yaradır”. Bəs siz homoseksuallara bu barədə nə deyirsiniz?

- Mən keşiş və Roma Papası olaraq homoseksual meylli insanları xeyir-dua ilə yola salıram. Mən onları Tanrıya yaxınlaşdırdım və heç vaxt onlardan üz çevirmədim. İsa etdiyi kimi, insanları xeyir-dua ilə yola salmaq lazımdır. Belə insanlar İsaya gələndə o heç vaxt deməyəcək ki, sən homoseksualsan, kənara çəkil. Bir fransız mənə öz oğlundan danışırdı. "Sən böyüyəndə kim olmaq istəyirsən”, ata oğlundan soruşur. Oğlan "Qız olmaq istəyirəm” deyə cavab verir. Ata qeyd edir ki, bütün bu meyllər məktəbdə gender bərabərliyi ilə bağlı keçilən dərsliklərdən qaynaqlanır. Çünki orada təbiətə zidd hallardan bəhs olunur.

- Xeyir-dua ilə yola salmaq nə deməkdir?

- Ötən il mən bir ispandan məktub aldım. O, mənə uşaqlığı və yeniyetməliyi dövründən danışırdı. O, qızı idi və çox əzab çəkirdi, çünki özünü cavan oğlan kimi hiss edirdi. Anasına əməliyyat olmaq istədiyini deyir, lakin ana razılaşmır. Amma anası vəfat edəndən sonra keşişə gedir. Keşiş ona məsləhətlər verir. Daha sonra o, pasportunu dəyişdi, evləndi və məndən xahiş edirdi ki, öz arvadı ilə məni ziyarətə gəlmək və beləliklə, təsəlli tapmaq istəyir. Mən onları qəbul etdim, onlar xoşbəxt idilər. İstənilən hadisəni qəbul etmək, insanlara xeyir-dua vermək və kömək etmək lazımdır.

- Necə düşünürsünüz, Azərbaycan və Ermənistanı necə barışdırmaq olar?

- Burada yeganə yol səmimi, intriqasız dialoqdur. əgər bu mümkün deyilsə, beynəlxalq məhkəməyə, misal üçün, Haaqa Məhkəməsinə müraciət etmək lazımdır. Müharibə həmişə dağıntı gətirir, insanlar hər şeylərini itirirlər.

- Nə üçün siz Çinə səfər etmirsiniz?

- Biz araşdırır və danışıqlar aparırıq. Mən ora getməyi çox istərdim. Amma hələ ki, tez olduğunu düşünürəm. Mən optimistəm. Hər şey səbrlə olanda yaxşı olur, tələsəndə işlər korlanır.

- Yeni kardinallar nə vaxt təyin olunacaq?

- Bu ilin sonunda, ya da növbəti ilin başlanğıcında. Siyahı uzundur, lakin cəmi 13 yer var. Ortaq nöqtəni tapmaq lazımdır.

- Növbəti ildə hansı beynəlxalq səfərlərə gedəcəksiniz?

- Portuqaliyaya dəqiq gedəcəm. Sonra Hindistana və Banqladeşə gedəcəm. Afrikaya gedəcəyimdən əmin deyiləm, bu, siyasi vəziyyətdən və müharibələrdən asılıdır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...