Pandemiyanın qol-qanad verdiyi falçılar... - İnsanlarımızın son ümid yeri niyə xurafatdır?

Pandemiyanın qol-qanad verdiyi falçılar... - İnsanlarımızın son ümid yeri niyə xurafatdır?
Son zamanlar sosial şəbəkələr vasitəsilə müəyyən məbləğ qarşılığında tale müəyyən edən, öncəgörənliklə məşğul olan baxıcıların aktivliyi müşahidə edilir. Bu proses xüsusilə pandemiya dönəmində sürətli hal almağa başlayıb.
 
Maraqlıdır insanlarda son vaxtlarda baxıcılara, falçılara marağın artmasının səbəbi nədir?

Bununla bağlı sosioloq Lalə Mehralı Sfera.az-a danışarkən baxıcılara və falçılara marağın bütün dövrlərdə olduğunu deyib:
 
"Bu, cahilliyin hökm sürdüyü əsrlərdə də belə idi, elmin gücünə heyran qaldığımız dövrdə də. İnsanlar həmişə nədənsə mədət umurlar, nəyisə öncədən görüb özlərini rahatlatmaq istəyirlər. Haqqında narahat olduqları şeylərin yaxşı nəticələnməsi ümidilə baxıcılara müraciət edirlər. Onlara son ümid yeri kimi baxırlar. Onların insan taleyini dəyişəcəyi fikrinə qapılırlar. Dində də mənfi enerji yönəltməklə cadugərlik kimi şeylərin mümkünlüyü qeyd olunur. Yenə də yekunda insanın taleyi necədirsə, o cür nəticələnir. 

Baxıcıların etdikləri isə insanları aldatmaqdan, soyğunçuluq etməkdən, ümidləri ilə oynamaqdan başqa bir şey deyil. Pandemiya  dövründə falçıların fəallaşmasının bir səbəbi də insanların mənfi emosiyada olmaları, bədbinliyə qapılmaları, problemlərdən çıxış yolunu məhz falçılarda görmələridir. Bu baxımdan baxıcılar, falçılar virtual məkanda at oynatdılar”.

Müsahibimiz qeyd edib ki, bəzi üsullarla edilən öncəgörücülüyün bəzən doğru çıxması mümkündür:

"Tutaq ki, doğum tarixi, ata-ana adı, müəyyən açar sözlərlə insanın yaxın bir neçə gündə başına nə gələcəyi ilə bağlı öncəgörücülük etmək olur. Bunu elm də təsdiqləyir. Bəzən ulduz fallarından istifadə edilir. Elm də sübut edir ki, bu üsullarla – planetlərin düzülüşü, ulduzlar və.s. insan həyatı barədə nəsə öyrənmək mümkündür, proqnozlar verilir. Amma falçılardan asılı vəziyyətə düşmək, onların dediyi ilə oturub durmaq cahillikdən başqa bir şey deyil”.

Psixoloq Lalə Cəfərova isə saytımıza açıqlamasında deyib ki, baxıcılara maraq insanların maariflənməməsindən irəli gəlir:

"Azərbaycanın hazırkı vəziyyətini nəzərə alsaq, cəmiyyətin şüur səviyyəsinə baxsaq, maariflənmənin getmədiyini müşahidə edərik. Bunun üçün nə işlər görülür ki? Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və bunlar kimi ziyalılarımız yoxdur. Hansı ki, onlar insanların gözünü açmağa çalışırdılar. İnsanlar problemlərini həll etməyi bilmirlər, bacarmırlar. Bilən insanlar da yoxdur ki, onlara yol göstərsin. Nəticədə insanlar ən rahat yola əl atmağa başlayırlar – baxıcının yanına gedəcəm, nəyisə oxuyub üfləyəcəm, bir-iki dua yazacaq, bununla da problemim həll olunacaq. Belə bir dünya yoxdur. Bir şeyi həll etmək istəyirsənsə, onun yolunu tapmalısan.
 
Düşünürəm ki, insanlar yol tapmadıqları üçün rahat yola baş vururlar. Həll olunmadığı halda, bir neçə dəfə baxıcı, falçı yanına getməli olurlar, daimi müştərilərə çevrilirlər. İnsanlarda baxıcılara maraq olmasının səbəbi həm də bir az televiziyalar oldu. Xatırlayırsınızsa, son bir neçə ilə kimi həmin insanları televiziyalara çıxarırdılar, xüsusi ekstrasens verilişləri hazırlanırdı və s”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...