Pandemiya dövründə Azərbaycan öz qüdrətini gördüyü işlərlə sübut etdi

Pandemiya dövründə Azərbaycan öz qüdrətini gördüyü işlərlə sübut etdi
 

Bildiyimiz kimi pandemiya dövründə ölkəmizdə dövlət ilə vətəndaşların həmrəyliyi sayəsində əldə olunmuş uğurlarda dövlətimizin iqtisadi qüdrəti də müstəsna rol oynamışdır. Dövlətimiz tərəfindən vətəndaşlarımızın sağlamlığı üçün atılan addımlarda iqtisadi gücümüzün müstəsna əhəmiyyət kəsbetməsi əsas amillərdən biridir. Ölkə Prezidenti tərəfindən təkcə Azərbaycanın hüdudları darxilində yaşayan deyil, müxtəlif xarici ölkələrdə yaşayan vətəndaşlarımızın sağlamlığı da daim dövlətimizin diqqət mərkəzində olmuş və onların ölkəmizə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilmişdir. Bu günə qədər görülmüş işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, digər ölkələrdə Azərbaycannın koronvirusa qarşı mübarizə metodları yüksək qiymətləndirilir. Xaricdən gətirilən vətəndaşlarımızın hər cür şəraiti olan Atletlər kəndində və digər dörd-beş ulduzlu otellərdə yerləşdirilərək karantinə alınması dövlətimizin və ölkə başçısının Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğısının əyani təzahürüdür.

Tarix boyu dəfələrlə sübut olunub ki, xalqımız çətin dövürlərdə birləşərək, həmrəylik və birlik göstərə bilir. Bu çətin günlərdə özəl sektorla dövlətimizin birliyi sayəsində yüksək uğurlar əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan koronavirusla mübarizəyə dəstək fonduna ilkin olaraq Prezidentin ehtiyyat fondundan 20 milyon manat ayrıldıqdan sonra, özəl sektorlar tərəfindən də həmən fonda vəsaitlər keçirmişdirlər. Bu gün həmin fonda 100 milyondan artıq vəsaitin ödənilməsi Azərbaycan vətəndaşlarının, özəl sektorun və dövlətimizin birliyinin göstəricisidir. Elə onun nəticəsidir ki, ölkəmizdə tikiləcək 10 modul tipli xəstəxananın 4-ü özəl sektorların öz vəsaiti hesabına inşa ediləcəkdir. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da lazımınca istifadə edilmişdir. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı, dezinfeksiya vasitələri və həkimlər üçün xüsusi geyimlər istehsal olundu. Modul tipli xəstəxanalrın açılışı zamanı Azərbaycan həkimlərinin fədakarlığını yüksək qiymətləndirərək möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir ki, "Azərbaycan xalqı həkimlərin fədakarlığına cox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm”.

Həqiqətən də pandemiyayla mübarizədə daim həkimlərimiz ön xəttdə olmuş, öz sağlamlıqlarını risk altına qoymuşdur. Bütün bunlara görə dövlətimiz tərəfindən tibbi personalın fəaliyyəti daim yüksək qiymətləndirilir. Əminik ki, Azərbaycan vətəndaşları qayğıkeş və zəhmətkeş həkimlərimizin bu fəaliyyətini heç vaxt unutmayacaqlar.

 

Rəna Quliyeva

YAP Nəsimi rayon təşkilatının üzvü


OXŞAR XƏBƏRLƏR

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...