Pandemiya bu ölkələrin xarici borcunu artırıb - 8,7 trilyon dollar...

Pandemiya bu ölkələrin xarici borcunu artırıb - 8,7 trilyon dollar...
COVID-19 virusu ilə bağlı pandemiyanın yaranması aşağı və orta gəlirli ölkələrin xarici borclarını bir qədər də artırıb. Xarici borclar əsasən pandemiyanın təsirlərini minimuma endirmək üçün hökumətlərin həyata keçirdiyi böyük xərclərlə əlaqədar artıb.  

Sfera.az Dünya Bankına istinadən bildirir ki, ötən il aşağı gəlirli ölkələrin borcu daha çox artıb. 2020-ci ildə bu ölkələrin xarici borcu 92 milyard dollar, yaxud 12 faiz artaraq 860 milyard dollara çatıb. 

Aşağı gəlirli ölkələrə nisbətən orta gəlirli ölkələrdə xarici borcun artım sürəti aşağı olub. Ümumilikdə, aşağı və orta gəlirli ölkələrin xarici borc yükü ötən il 5,3 faiz artaraq 8,7 trilyon dollara yüksəlib.

Qeyd edək ki, Azərbaycan orta gəlirli ölkələrə aiddir. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR