\"Oyun qaydaları\" dəyişir? - \"Ankara da, Moskva da \"topu \"Taliban\"a ötürüb\"

\
"Əfqanıstandakı yeni hakimiyyətdən ən çox narahat olanlardan biri məhz Kremldir”
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Kənan Novruzov deyib. O, "Taliban" hakimiyyətinin Moskva formatlı görüşdən razı qalmaq barədə açıqlamasını xatırladıb:

"Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə bildirib ki, "Taliban" hakimiyyətinin legitimləşməsi realdır: "Məncə, "Taliban” tanınacaq. Çünki orada əsl gücü var”. Görünür, görüş hər iki tərəfin ürəyincə olub. Hətta gözlənildiyi kimi, "Taliban"ın gələcək fəaliyyəti ilə bağlı tərəflər arasında konkret razılaşmaların əldə edilməsi də istisna deyil.  Ola bilsin, rəsmi Moskva radikal qruplaşmaya legitimləşməsinə mane olmayacağı barədə vəd verib. Bir şərtlə ki, "Taliban" gələcəkdə, nəinki, Rusiyanın özü,  onun müttəfiqləri, o cümlədən KTMT ölkələri üçün təhlükə yaratmamalıdır”.

K.Novruzov qeyd edib ki, Türkiyə Əfqanıstanla bağlı hələlik loyal bəyanatlar səsləndirir:

"Hətta Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə dəfələrlə müsbət mesajlar verib. Ola bilsin, Rusiyanın hazırkı mövqeyinin bir səbəbi də budur. Çünki Moskva ilə Ankara hər nə qədər "mehriban düşmən" olsalar da, bir çox hallarda bir- birilərini başa düşür, koordinasiyalı addım atırlar. Rusiyanın "Taliban"la bağlı radikal mövqeyi, yəqin ki, tərəflər arasındakı əlaqəyə təsir edərdi. Kreml, şübhəsiz, bunu nəzərə aldı.  İndi Ankara da, Moskva da "topu "Taliban"a ötürüb. Hər şey onun özünü necə aparacağından asılıdır”.

Siyasi şərhçinin sözlərinə görə, müsbət mesajların leytmotovinin eyni olduğunu unutmaq olmaz:

"Əfqanıstandakı yeni hakimiyyət humanist dəyərlərə sadiq olmalıdır. Yəni "Taliban" hakimiyyətinin ilk dövründəki kimi(1995-2001) şəriət qanunları ilə gedib, dünyəvi dəyərlərə etinasız yanaşsa, "oyun qaydaları" dəyişəcək.  İkinci bir tərəfdən, Rusiya ABŞ-la da münasibətləri korlamaq istəmir. Məhz bu səbəbdən Qərbin layihəsi olan "Taliban" a qarşı hələlik təmkinli davranır. Lakin, necə deyərlər, tanqo tək oynanılmır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...