Oxford Universiteti Azərbaycanlı biznesmenin post-pandemiyaya dair məqaləsini dərc etdi

Oxford Universiteti Azərbaycanlı biznesmenin post-pandemiyaya dair məqaləsini dərc etdi

Rüfət Əzizovun Post-pandemiya dövrünün biznes imkanlarını analiz edən məqaləsi Oxford Universitetinin veb-səhifəsində çap olunub, eləcə də universitetin Facebook, Linkedin və Twitter səhifələrində paylaşılıb.

 

Sfera.az xatırladır ki, Rüfət Əzizovun fikirləri praqmatik yanaşmadan ibarət olaraq, hazırda post-pandemiya haqqında olan standard qlobal fikirlərdən fərqli olduğu üçün geniş müzakirələrə yol açır.

 

Sahibkar, biznes üzrə ekspert, kimya üzrə fəlsəfə doktoru, Oxford Universiteti EMBA proqramı iştirakçısı, Rüfət Əzizov bildirib ki, sahibkarlar mövcud post-pandemiya biznes ideyaların diqqətlə incələməlidirlər, və ideyalar üzərinə tələsik atılaraq biznes qurmaq niyyətinə düşməməlidirlər.


Bütün dünya hazırda postpandemiya dövründən danışır. Hamı online texnologiyaların inkişaf edəcəyindən, təchizat zəncirlərinin lokallaşacağından, sağlam həyat tərzinin və tibb xidmətlərin önəminin artacağından bəhs edir. Düzdür ola bilər, lakin kütləvi axının arxasıyca düşünərək getməliyik. Postpandemiya biznes imkanları illuziyalarına qapılmamalıyıq. Yeni ideyalar fundamental biznes kriteriyalara uyğun gəlmirsə qəbul oluna bilməz - startegiya, əməliyyatlara uyğunluq, innovativ arxitektura, müştəri mərkəzli məhsul və servis dizaynı olmalıdır.



OXŞAR XƏBƏRLƏR