“Otaqlara sığmayan dollarlar, təyyarə kolleksiyaları və...” - Tarixin ən zəngin 10 qanqsteri haqqında MARAQLI FAKTLAR

“Otaqlara sığmayan dollarlar, təyyarə kolleksiyaları və...” - Tarixin ən zəngin 10 qanqsteri haqqında MARAQLI FAKTLAR
Qanqsterlər sərvətlərini cinayət və narkotik kimi qanunsuz və zorakı yollarla əldə etsələr də, böyük gəlirləri ilə tanınırlar.
 
1900-cü illərdə bir çox qanqsterlər ağlasığmaz pullar yığıblar. Dünyanın ən zəngin qanqsterlərinə birlikdə nəzər salaq...
 
Frank Lukas - sərvəti: 52 milyon dollar



Frank Lukas Harlemdə yaşayıb və narkotik satıb. Fərqli iş modelinə görə "original gangster" kimi tanınırdı. Narkotikləri birbaşa Vyetnamda narkotik qaçaqmalçısı olan Khun Sadan aldığı və Amerikaya göndərilən həlak olmuş amerikan əsgərlərinin tabutlarında gətirdiyi iddia edilirdi. Lukasın ən yaxşı işindən gündə 1 milyon dollar qazandığı və Kayman adalarında 52 milyon dollar pulu olduğu deyilirdi. Frank Lukas 2019-cu ildə, 88 yaşında vəfat edib.

Jose Figueroa Agosto - sərvəti: 100 milyon dollar
 

Puerto Rikolu narkotik qaçaqmalçısı idi və bu işdən milyonlar qazanıb. Bir kokain tədarükünü oğurlayan sürücünü öldürdükdən sonra bu işdə yüksəlməyi bacarıb. Həbs edildikdən sonra 200 ildən çox həbs cəzasına məhkum edilib. Lakin saxta sərbəst buraxılma əmri ilə həbsxanadan çıxıb. Agosto cinayətkar təşkilatın çiçəkləndiyi dövrdə Dominikan Respublikasından Puerto Rikoya külli miqdarda narkotik daşıyıb. 10 il həbs cəzası çəkdikdən sonra 2020 -ci ilin martında azadlığa buraxılıb.

Antoni Salerno - sərvəti: 600 milyon dollar



"Fat Tony" olaraq da bilinən Anthony Salerno Nyu Yorkdakı ən tanınan mafiya liderlərindən biri olub. Ən böyük mütəşəkkil cinayət ailələrindən biri "Genovese” cinayət ailəsinin başçısı olan Salerno gənclikdə qumar və sələmçilik kimi qanunsuz işlərlə sərvət qazanmağa başlayıb. Hər zaman yanından ayırmadığı başındakı panaması və damağındakı siqarı ilə məşhurdur. 1986 -cı ildə "Fortune” jurnalının "Ən böyük mafiya patronları" siyahısında birinci olub.

El-Çapo - sərvəti: 1 milyard dollar
 


Məşhur meksikalı narkotik qaçaqmalçısı El Çapo (Xoakin Qusman) Sinoloa kartelinin rəhbəri olduğu dövrdə dünyanın ən güclü narkotik qaçaqmalçısı olaraq tarixə keçib. O, Amerika və Avropaya başqa qaçaqmalçılardan daha çox narkotik nəql edib. Dəfələrlə həbs olunan və həbsxanadan qaçan El Çapo son olaraq 2016-cı ildə yaxalanıb. O həbsxanadan tunellər qazaraq qaçması ilə məşhurdur. El Çapo ən iri narkokartel olan "Sinaloe”nin lideri idi. ABŞ hakimiyyəti onun başına 5 milyon dollar məbləğində mükafat təyin etmişdi. Bu, narkomafiya ilə beynəlxalq mübarizənin tarixində ən iri mükafatlardan biri idi.

Аl Kapone - sərvəti: 1,3 milyard dollar
 

Al Kapone Çikaqo mafiyasını idarə edən amerikalı bir qanqster olub. Sərvətinin çox hissəsini Amerikada qadağaların olduğu dövrdə qazanıb. 1929-cu ildə Al Kapone qanunsuz alkoqol satışından 60 milyon dollar pul qazanmışdı. Qumar biznesindən 25 milyon dollar, digər sahələrdən isə 20 milyon dollar qazanmağı bacarmışdı. Kapone cinayət imperiyasının köməyi ilə həftədə 100 min dollar qazanırdı. Onun pul sərf etmək istəmədiyi yeganə sahə isə vergi idi və məhz buna görə də həbsxanaya düşmüşdü. Kapone azadlığa çıxdıqdan sonra 1947-ci ildə Floridadakı evində sifilisin səbəb olduğu infarktdan ölüb.

Griselda Blanko - sərvəti: 2 milyard dollar
 

"Qara Dul" olaraq da bilinən Griselda Blanko ehtimal ki, ən məşhur qadın qanqsterdir. Pablo Escobarın Kolumbiyadakı Medellin kartelində iştirak edən narkotik qaçaqmalçısıdır. 2012 -ci ildə narkotikə görə 10 il həbs cəzası çəkib, azadlığa çıxdıqdan sonra bir killer tərəfindən öldürülüb.

Davud İbrahim - sərvəti: 6.7 milyard dollar



Davud İbrahim də narkotik alverçisi və qanqsterdir. O, 1993 -cü ildə Mumbaydakı partlayışları təşkil etməkdə günahlandırılır. Kiçik bir fırıldaqçı kimi işə başlayıb və indi terror şəbəkəsinə dəstək verir. Hindistanda 25 milyon dollar mükafat ilə axtarışdadır. Onun mütəşəkkil cinayət şəbəkəsi "D-Company” adlanır. İbrahimin Əl-Qaidə kimi terror qrupları ilə yaxın əlaqələrinin olduğu və Pakistanda ola biləcəyi iddia edilir.

Semion Moqileviç - sərvəti: 10 milyard dollar


 
İqtisadiyyat fakültəsini bitirən Moqileviçin bir çox sahədə cinayətləri var. Maliyyə cinayətləri arasında telefon fırıldaqları, narkotik vasitələr, poçt fırıldaqları, fahişəlik, çirkli pulların yuyulması, adam öldürmə, silah alveri kimi bir çox cinayətlərə imza atıb. Rus mafiyasındakı bütün mafiya patronlarının rəhbəri olaraq görülür. Onun cinayətkar imperiyası olduqca böyükdür və dünyanın ən təhlükəli insanlarından biri sayılır.

Amado Carillo Fuentes - Sərvəti: 25 milyard dollar
 


Fuentes Pablo EsKobardan sonra ikinci ən zəngin narkotik cinayətkarı hesab olunur. Patronunu öldürdükdən sonra Meksikada Juárez Kartelinin rəhbəri olub. Fuentes böyük bir təyyarə kolleksiyasına sahib olduğu üçün "Göylərin rəbbi" mənasını verən "El Señor de Los Cielos" ləqəbini alıb. Bu kolleksiyadakı 22 "Boeing-727” təyyarəsindən kokain qaçaqmalçılığı üçün istifadə etdiyi məlumdur. Gizlənmək məqsədilə görünüşünü dəyişdirmək üçün bir plastik əməliyyatdan sonra ölü tapılıb. Əməliyyatı həyata keçirən həkimlər də betonun içinə qoyulmuş polad qutularda ölü tapılıblar.
 
Pablo Eskobar - Sərvəti: 30 milyard dollar
 

 
Pablo Eskobar Kolumbiyadakı kokainin çox hissəsini nəzarətdə saxlayırdı və Amerikaya narkotik qaçaqmalçılığı ilə sərvətini qazanıb. "Forbes” jurnalı Eskobarı 7 il üst-üstə dünyanın ən zəngin adamlarından biri adalandırıb. 1987 -ci ilə qədər Eskobarın Medellin narkotik kartel biznesinin 40%-ni idarə etdiyi təxmin edilir. 1989-cu ildə "Forbes” jurnalı dövlət qeydlərinə əsasən onun sərvətini 3 milyard dollar olaraq qiymətləndirdi. Lakin Eskobarın Kolumbiyanın 10 milyard dollarlıq dövlət borcunu ödəmək təklifini nəzərə alsaq, bu hesablama o qədər də doğru deyil. CelebrityNetWorth.com saytında da yer alan məlumatlara görə, narkotik ticarətindən qazandığı bütün gəlirləri nəzərə alaraq, onun sərvəti 30 milyard civarında idi. Eskobar bu sərvətlə dünyanın ən varlı qanqsterinə çevrilib.

/Musavat.com

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...