Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO

Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
 
İyul ayının ortalarında Tovuz rayonu istiqamətində – Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun tabeliyindəki 540-cı atıcı alayın qərargah binası və sursat anbarı da məhv edilib.

Sfera.az azeridefens.com-a istinadən xəbər verir ki, bu günlərdə yayımlanan peyk görüntülərinin video analizində bu aydın görünür.
 
"Google Maps" üzərindən hərbi hissənin xaç şəkilli binası və sursat anbarındakı böyük dağıntı izlərini görmək mümkündür.

Məlumatlara görə, "Harop” kamikadze PUA-sı ilə vurulan sursat anbarı cəbhə xəttinin 7 km dərinliyində yerləşir.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin aprel döyüşlərində həyata keçirilən "Harop” atışları zamanı da düşmənə ağır zərbələr vurulmuş, çox sayda canlı qüvvə, hərbi texnika və komanda-idarəetmə məntəqəsi daxil olmaqla hərbi obyektləri məhv edilmişdi.
 



OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...