\"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!\"

\
 Azərbaycanda peşəkar, yüksək döyüş ruhuna malik bir ordunun formalaşmasında ümumilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Hazırda Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda açdığı yol Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatlarını yerinə yetirməyə qadirdir. Ordumuz müasir silahlarla, zirehli texnikalarla, hərbi-hava qüvvələri ilə və.s təchiz olunub. Bütün bunların hamısı onu göstərir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsinə olan diqqət və qayğısını əsirgəmir. Ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir. 
        Bu çox sevindirici haldır ki, gənclərimiz milli ruhda tərbiyə alırlar. Torpaqlarımız Ermənistanın təcavüzü ilə üzləşdiyi üçün son illərdə ordumuzun döyüş qabiliyyəti,daha da artmışdır. Ordumuzun qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə sözsüz ki, ölkəmizin üstünlüyünü artırır. Azərbaycan torpaqları uzun illərdir işğal altındadır. Bu ədalətsizlik hələ də davam edir. Halbuki Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Buna baxmayaraq məsələ hələ də öz əksini tapmır.
        Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi və ərazi bütövlüyümüzün təmin olunacağına inanır. Bayrağımızın əzəli torpaqlarımızda dalğalanacağı  gün uzaqda deyil. Döyüş hazırlığının səviyyəsi təbii ki, tək hərbi texnika ilə deyil bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan asılıdır. Bu baxımdan Azərbaycanda hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib bir mərhələ oldu. Aprel döyüşləri Azərbaycan ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. 
Nəsimi rayon gənci
Cəfərzadə Məftunə

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...