“Operativ Qərargah heç nə etməsəydi, ölüm sayı daha az olacaqdı” – İlqar Məmmədov

“Operativ Qərargah heç nə etməsəydi, ölüm sayı daha az olacaqdı” – İlqar Məmmədov
"Hökumət heç nə etməsəydi - qapanma, vaksinasiya, başqa tədbir olmasaydı, 10 milyon əhalinin hamısı belə yoluxsaydı, Azərbaycanda 27 mindən 51 minə qədər adam COVİD qurbanı olacaqdı və bununla da məsələ bitəcəkdi”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib: "Həmin 27-51 minlik can itkisinin bir qismi "norma”ya daxil olacaqdı. Norma nədir? Ölkədə orta hesabla ildə 56 min adam həyatını itirir. COVİD qurbanlarının bir hissəsi həmin 56 minin statistikası içində əriyəcəkdi, qalanı isə "normadan artıq ölüm” kimi qeydə alınacaqdı.

Pandemiya başlayandan bu günədək Azərbaycanda 24,5 min normadan artıq adam həyatını itirib və məsələnin sonu hələ görünmür (şəhid sayı bu hesablamaya aid deyil). Yəni, Operativ Qərargah bu müddət ərzində heç nə etməsəydi, ya ölüm sayı daha az olacaqdı, ya da epidemiyanın sonuna çox yaxın idik”.

İ.Məmmədov həmçinin qeyd edib ki, ən yeni bir elmi araşdırmanın nəticələrini Azərbaycana tətbiq edəndə görünür ki, koronavirusun Azərbaycanda öldürücü gücü 31,8 min nəfərə bərabər olacaqdı:
 
"Dediyim kimi, bu sayın bir qismi "norma”nın içində əriyəcəkdi, qalanı isə normadan artıq kimi hesablanacaqdı. Hazırda normadan artıq faktiki ölüm sayı 24,5 mindir, amma söhbətin heç ucu-bucağı görünmür”.
 
Türkan
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...