“Onu aradan götürəcəkdim, hər şey hazır idi…” – ABŞ prezidenti Bəşər Əsədi niyə öldürə bilməyib?

“Onu aradan götürəcəkdim, hər şey hazır idi…” – ABŞ prezidenti Bəşər Əsədi niyə öldürə bilməyib?

Tramp Bəşər Əsədi yox etmək istəyini etiraf edib.


ABŞ prezidenti Donald Tramp Suriyanın prezidenti Bəşər Əsədin aradan götürülməsi ilə bağlı müzakirələrdə iştirakını etiraf edib.

 

Sfera.az xəbər verir ki, bu haqdda dövlət başçısının FOX kanalına verdiyi müsahibəyə istinadla "The Washington Post” qəzeti məlumat yayıb.

 

ABŞ lideri son aylar fəal surətdə Tarmpın ikinci müddətə prezident seçilməsinə qarşı çıxan keçmiş Pentaqon rəhbəri CeymsMettisi tənqid edib.Bu məsələ ilə bağlı mövqeyini isə belə əsaslandırıb: Guya Mettis onun Əsədin aradan götürülməsi ilə bağlı planların realizə edilməsi ilə bağlı səylərinə maneə törədirmiş.


"Mən onu (red. Əsədi) aradan götürməyi üstün tutardım. Artıq hər şey hazır idi. Amma Mettis bunu etmək istəmədi ”,- deyəTramp bildirib.

 

O, həmçinin ABŞ-ın keçmiş Müdafiə Nazirini"xidmətləri çox şişirdilən general” adlandırıb.


"Əsədi məhv edə bilmədiyiniz üçün təəssüflənirsinizmi?” sualına: "Xeyr, təəssüflənmirəm. Onu öldürmək imkanım vardı. İstəsəm, bunu edərdim. Mettis bunu istəmirdi”.


Xatırladaq ki, 2018-ci ildə Tramp ABŞ-ın Suriya prezidentinə qarşı sui-qəsd planı hazırladığı barədə şayiələri qətiyyətlə rədd etmişdi. ABŞ prezidenti o zaman bildirmişdi ki, "bu heç vaxt müzakirə belə olunmayıb”. Əlavə olaraq onu da vurğulamışdı ki, belə bir ehtimal yoxdur və heç vaxt da olmayacaq.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...