Onlar heç vaxt xəstələnmirlər, xərçəng haqqında bilmirlər və 120 ilə qədər yaşayırlar

Onlar heç vaxt xəstələnmirlər, xərçəng haqqında bilmirlər və 120 ilə qədər yaşayırlar
Onlar əla fiziki görünüşlərinə xələl gəlmədən, sağlam ağılla 120-150 il yaşayırlar. Bəs bu uzunömürlülüyün sirri nədədir?
Pakistanın şimalında, Hindistan və Çin sərhəddinə yaxın Xunza çayı axır. Bu çayın keçdiyi vadi gənclik vahəsi adlanır. Buranın əhalisi bizdən 2 dəfə artıq yaşayır.

Onların həyat devizi belədir: ət yemə, həmişə çalış, çox hərəkət elə, ritmi dəyişmə.
Xunza sakinlərinin yay rasionuna çiy meyvə-tərəvəz, qış rasionuna isə ərik qurusu və digər qurudulmuş meyvələr, taxıl və qoyun pendiri daxildir. Yazı onlar "ac" aylar adlandırırlar, çünki meyvə hələ yoxdur, qış üçün olan xuruş isə tamamilə azalıb. Bu 2-4 ay ərzində xunza ac qalır, öz güclərini gün ərzində yalnız bir dəfə ərikdən çəkilmiş içki içməklə qoruyub saxlayırlar.
Hərdən, ildə 1-2 dəfə - böyük bayramlarda onlar ət yeyirlər. Bu əlbəttə ki, islama görə haram buyrulan nə donuz əti, nə də inəyi müqəddəs hesab edən qonşu Hindistan görə mal əti deyil.
Xunzalıların heç xəstələnmədiklərini də demək olmaz. Bu adətən, yaz aylarında baş verir.
Vadi sakinləri günlərinin çoxunu təmiz havada keçirir, 100-200 km-lik "gəzinti"yə çıxır, su prosedurası zamanı dağlılar hətta 15 dərəcə şaxtada da suyu qızdırmırlar.
Bu cür həyat şəraiti "gənclik vahəsi"nin sakinlərinə xəstələnməməyə və bir əsrdən artıq yaşamağa imkan verir. Deyilənə görə, hətta 40 yaşlı xunzalı qadın gənc qız kimi görünür, 60 yaşlı qadınların bədən forması əvvəlki kimi zərif qalır, 65 yaşlı qadınlar dünyaya uşaq gətirirlər./publika.az/

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...