\"Omicron\" bu sürətlə yayılmağa davam edərsə... - Tanınmış həkimdən xəbərdarlıq
14:42 / 03.12.2021
761
"Virusun yayılma gücü nə qədər çox olarsa, öldürücülük qabiliyyəti zəifləyir”.
Sfera.az bildirir ki, bunu tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, qeyd edilən məsələ infeksion xəstəliklərdə təməl qanunlardan biridir.
"Məlumatlara görə, "Omicron" variantı indiyədək olan variantlardan daha sürətli yayılma xüsusiyyətinə malikdir. Yeni ştam barədə bunu prognozlaşdırmaq olar ki, öldürücülük qabiliyyəti aşağı olacaq”, - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, əgər "Omicron" qrip kimi yüngül keçərsə, yayılma sürətinə görə "Delta”nı üstələyərsə, insanları sanki özü vaksinasiya etmiş olacaq: "Pandemiya isə bitmiş sayılacaq”.
Günay Rəsulqızı
Sfera.az