Ombudsman ATƏT-in Forumunda çıxış etdi

Ombudsman ATƏT-in Forumunda çıxış etdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva videokonfrans vasitəsilə Azərbaycanın sədrliyi ilə keçirilən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu çərçivəsində (TƏF) təşkil olunmuş "Beynəlxalq humanitar hüquqa əməl olunması və mülki şəxslərin müdafiəsi” mövzusunda Təhlükəsizlik Dialoqunda məruzə ilə çıxış edib.

Sfera.az xəbər verir ki, S.Əliyeva beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn təməl prinsipləri, bu sahədə mövcud beynəlxalq sənədlərin icrasında dövlətlərin üzərinə düşən öhdəliklər, beynəlxalq humanitar hüquq normalarının implementasiyası, bu normaların pozulması hallarının müstəqil araşdırılmasında milli insan hüquqları təsisatlarının rolu barədə danışıb.

Dünyada humanitar problemlərdən biri kimi diqqət mərkəzində olan məcburi köçkün probleminin 30 ilə yaxın müddət ərzində Azərbaycan üçün aktual problemlərdən biri olduğunu bildirən Ombudsman çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünə çevrilmiş bir milyonadək azərbaycanlının yaşamaq, işgəncəyə məruz qalmamaq, mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququ kimi bir çox fundamental hüquqlarının kobudcasına pozulduğunu bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, "ağıllı kənd” və "ağıllı şəhər”lərin salınmasına başlandığı, Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə verildiyi, yol və nəqliyyat infrastrukturunun yenidən qurulduğu diqqətə çatdırılıb.

Məruzənin yekununda Ombudsman beynəlxalq humanitar hüququn implementasiyası və təbliği sahəsində milli insan hüquqları institularının roluna diqqət çəkərək, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin insan hüquq pozuntularının qarşısının alınması baxımından əhəmiyyətli oduğunu qeyd edib.

Daha sonra iclasda digər məruzələr dinlənilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...