“Ola bilsin, lazımı qədər peyvənd yoxdur...” – Vaksinasiya prosesi niyə ləng gedir?

“Ola bilsin, lazımı qədər peyvənd yoxdur...” – Vaksinasiya prosesi niyə ləng gedir?
Operativ Qərargahın son məlumatına görə Azərbaycanda koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndləmə prosesində iştirak edib. Bu isə çox cüzi rəqəmdir, əhalinin yalnız 5,5 faizi deməkdir. Onların isə heç də hamısı hər iki dozanı qəbul etməyib.

Görünən odur ki, Azərbaycanda peyvəndləmə prosesi ləng gedir. Görəsən, belə vəziyyətin yaranmasına səbəb nədir?

Məsələ ilə bağlı Sfera.az-a danışan tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, prosesin ləng getməsinə ən azından 4 amil təsir göstərə bilər:

"Ola bilsin, lazımı qədər peryvənd yoxdur. Baxmayaraq ki, verilən məlumata görə, Azərbaycan 6 milyon doza vaksin alıb. Səhiyyə infrastrukturunun zəif olması da burada öz sözünü deyə bilər. İdarəetmə işi də yaxşı təşkil olunmayıb”.
 
Ən əsası isə həmsöhbətimiz qeyd etdi ki, əhalinin özü də hələlik peyvəndləməyə ciddi maraq göstərmir: "Deməli, bu sahədə maarifləndirmə işi də zəifdir.  Əhali inanmırsa, birinci 3 məqamın hətta yaxşı təşkil olunması belə əhəmiyyət kəsb etmir. Prosesin sürətlənməsinə nail olmaq üçün ölkənin yüksək ranqlı rəhbərləri, siyasi, ictimai, elm sahəsindəki liderləri əhaliyə bu istiqamətdə nümunə olmalıdırlar. Peyvəndlə bağlı məlumatlar açıq olmalı, proses şəffaf və hesabatlı şəkildə həyata keçirilməlidir”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...