Nyu-Yorkda səs verdikdən sonra başını keçəl qırxdıraraq təkrar səs vermək istəyənlər yaxalanıb

Nyu-Yorkda səs verdikdən sonra başını keçəl qırxdıraraq təkrar səs vermək istəyənlər yaxalanıb
 ABŞ-da prezident seçkilərinin əsas günü noyabrın 3-ü olmasına rəğmən milyonlarla vətəndaş öncədən artıq səslərini verib. Lakin görünür, bəzi amerikalılar bu imkanı fürsət olaraq dəyərləndiməyə qərar  verib.

Sfera.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "NBC” telekanalı məlumat yayıb. Kanalın informasiyasına əsasən, bir sıra hallarda vətəndaşlar xarici görkəmlərinə dəyişiklik edərək seçki məntəqəsinə iki dəfə keçməyə cəhd göstəriblər. Bu kimi hallar Nyu-York şəhərində daha çox müşahidə olunub. Burada seçki komissiyaların üzvləri və polislər insanların başlarını qırxdıraraq məntəqəyə daxil olduğunu təsbit ediblər. Onlardan biri son anda bülleteni doldurarkən yaxalanıb.

"New York Post”qəzeti isə Bronks rayonundakı kilsələrdən birində yerləşən seçki məntəqəsində bir nəfərin təkrar səs verdikdən sonra tələsik qaçdığını qeyd edib. 

Florida ştarının professoru Maykl Makdonald tərəfindən qurulan "United States Elections Project” portalının məlumatına görə, 89,5 milyon vətəndaş artıq səslərini verib. Bu sahədə Kaliforniya ştatı (9 763 859) liderlik edir.

Texasda 9 669 246, Floridada 8,29 milyon, Şimali Karolinada isə 4,34 milyon şəxs seçkilərdə öz rəylərini rəsmi şəkildə ifadəediblər.Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident,vitse-prezient, 35 senator, Nümayəndələr palatasının bütün tərkibi və 13 ştatqubernatoru seçiləcək.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...