\"Ünvanıma təhqir, küçə söyüşləri yazılıb\" - Deputat hərbçilərin maaşı ilə bağlı qalmaqala aydınlıq gətirdi

\
"Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran, deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quluyevdir”.

Sfera.az xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.
 
"Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var”, - deyə bildirən deputat qeyd edib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırlayır:

"Mənim adımdan "Facebook"da paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə söyüşləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni "Facebook"da olmazın söyüşlərlə təhqir edən "Əbulfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur".

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə deputat Etibar Əliyevin adından yayılan xəbərlər ona qarşı qəzəb dalğasının yaranmasına səbəb olub. Belə ki, yayılan xəbərlərdə deputatın hərbçilərin maaşlarının azaldılmasına tərəfdar olması bildirilirdi.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...