Nurlan İbrahimovun məhkəməsi keçirildi - Vəkildən ilk AÇIQLAMA

Nurlan İbrahimovun məhkəməsi keçirildi - Vəkildən ilk AÇIQLAMA
"Qarabağ”ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində (CAS) məhkəmə iclası keçirilib.
 
Sfera.az bildirir ki, bu barədə onun vəkili Fərid Haqverdiyev öz "Facebook" hesabında paylaşım edib.
 
"Əziz dostlar, proses bitdi. Hər iki tərəf dinlənildi, Nurlana da çıxış üçün imkan yaradıldı. İndiki mərhələdə yekun qərarın necə olacağı demək çətindir. Ətraflı açıqlama veriləcək”, - deyə o bildirib.
 
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı "Facebook" səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR