Nura Suridən yeni layihə və cazibədar FOTOSESSİYA

Nura Suridən yeni layihə və cazibədar FOTOSESSİYA

Müğənni Nura Suri şou-biznesin sükutunu pozub. O, yeni layihəsini təqdim edib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, sənətçi bəstəsi Elçin Cəfərova, sözləri isə Azər Şirinə məxsus "Onunla” adlı mahnısını dinləyicilərə təqdim edib.

Hər zaman fərqli və bir-birindən maraqlı fotosessiyalar etdirən N.Suri bu dəfə də ənənəsinə sadiq qalıb. O, yeni mahnı ilə yanaşı, yeni fotosessiyasını da təqdim edib.

Qlamur ulduz kamera önünə bu dəfə seksual və olduqca cəsarətli libaslarda çıxıb. Dərin sinə dekolteli, parlaq mavi rəngli əlbisədə ehtiraslı pozlar verən sənətçi şıltaq obrazı ilə diqqətləri üzərinə çəkib.

Nura digər geyimlərində isə daha çox qara rəngə üstünlük verib. Şəkillərin müəllifi peşəkar fotoqraf Məhəbbət Nəsirovadır.

Cazibədarlığı ilə göz qamaşdıran Nura Suri bundan sonra tez-tez yeni işlər təqdim edəcəyini də dilə gətirib:

"Gözlədim ki, 2020-ci il başlasın və yeni layihələrimi təqdim edim. Üç yeni mahnım da var. Bəzilərinə klip çəkdirmək niyyətindəyəm. Ümumiyyətlə, dayanmaq fikrində deyiləm”.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...