No Image
No Image

Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-ın etirazlara səbəb olan qiymət siyasəti

Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-ın etirazlara səbəb olan qiymət siyasəti
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişindaşıma qiymətlərinin pandemiya dövründə yüksəlməsi müşahidə edilir. 

Əvvəllər də AZAL-la uçuş baha başa gəlirdi. Lakin xaricə uçuş imkanı əldə edən sərnişinlərin verdiyi məlumata görə pandemiya dövründə qiymətlər bir qədər də arıtırılıb. Məsələn, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda Azərbaycandan uçuş 800 manatdır. Pandemiya ilə əlaqədar AZAL-ın qiymətləri 50 faizdən çox qaldırdığı bildirilir.

Sfera.az xatırladır ki, AZAL-ın sərnişindaşıma xidmətlərinin çox baha olması faktına dəfələrlə toxunulub. 

Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov saytımıza açıqlamasında qeyd etdi ki, AZAL-ın göstərdiyi xidmətlərin dəyərinin kəskin fərqlənməsinin əsas səbəbi ölkəmizdə aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti üçün lazımı şəraitin yaradılmamasıdır. Onun fikrincə, əgər aşağı büdcəli aviaşirkətlərin sayı çox olarsa, rəqabət mühiti yaranar və nəticədə qiymətlər enər:

"Loukoster, yəni aşağı qiymətə xidmət göstərən şirkətlərə şərait yaradılarsa, ucuzlaşma aşkar görünər. Dünyada OnurAir, Pegasus, Pobeda, WizzAir kimi hava yollarının timsalında ucuz xidmətləri görmək olar. Hazırda dünyada olan bütün uçuşların 40 faizini, Cənub-Şərqi Asiyada 50 faizdən çoxunu, Şimali Amerika və Avropada 30 faizdən çoxunu loukost hava yolları şirkətləri yerinə yetirir. 

Məlumdur ki, ölkəmizdə mütəmadi reysləri AZAL həyata keçirir və özünün monopolist mövqeyini maksimum dərəcədə qorumağa çalışır. Bütün şirkətlər üçün sərnişindaşımanı müntəzəm həyata keçirmək imkanı yaradılarsa, o halda rəqabət mühiti formalaşa bilər”. 

A.Bayramov AZAL-ın xidmətlərinin baha olmasını şirkətin xərclərinin çox olması ilə izah edildiyini söylədi. Ekspert hesab edir ki, hava nəqliyyatında liberallıq təmin edilməli və dövlət-özəl əməkdaşlığı gücləndirilməlidir: 

"AZAL-ın özünün əsaslandırması belədir ki, onun kifayət qədər böyük xərcləri var. Xərclər ona gətirib çıxarır ki, AZAL təyyarə biletlərinin qiymətini həddindən artıq yüksəldir. 

Mənim fikrimcə, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün bərabər imkanlar tanınmalıdır və Heydər Əliyev Beynəlxalq Aeroportu özəl idarəçiliyə verilməlidir. Əgər Heydər Əliyev Hava Limanının özəl idarəçiliyə verilməsi mümkün olmasa, o halda həm Hava Limanında, həm də bölgələrdəki hava limanlarında məhsuldarlıq və xidmət səviyyəsinin artırılması məqsədilə cari effektivlik və hədəf göstəricilərinə münasibətdə boşluqların təhlili və tələb oluna biləcək yardım səviyyəsinin müəyyənləşdirilməsi vacibdir.

Hökmən hava nəqliyyatı sahəsində dövlət-özəl əməkdaşlığının təşviq edilməli, AZAL-ın fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Bu məqsədlə "Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində korporativ idarəetmənin tətbiqi gücləndirilməli və xidmət standartları üzrə siyasət işlənib hazırlanmalıdır”.

Vasif
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlılar son beş ildə Türkiyədə neçə ev alıb? - Statistika

"Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə 942, 2018-ci ildə 1250, 2019-cu ildə 1191, 2020-ci ildə isə 1279 mənzil alıb”. Sfera.az-ın məlumat...

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfədən artıqdır” – Deputat bankları tənqid etdi

"Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”. Sfera.az-ın məlumatına görə, bunu deputat, iqtisadçı-...

Azərbaycanda siqaretlər yenidən bahalaşacaq - Ekspert qiymət artımının vaxtını açıqladı

2021-ci ilin yanvar və fevral ayları ərzində Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi məqsədilə Baş nazir 2 qərar qəbul edib. Həmin qərarlara əsasən 2...

“Bu xərcləri ləğv etsək, uşaqpulu verilə bilər” – Ekspertdən büdcə dəyərləndirməsi

"Əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaqpulunu vermək üçün dövlət büdcəsinin imkanları geniş olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda u...

“Sahibkar dövlət qurumundan çəkinməməlidir...” – Qanun layihəsində hansı məqamlar yer alacaq?

"Dövlət orqanları sahibkarların dostuna çevrilməlidir”. Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin sabahkı iclasında "Sahibkarlıq sahəsində apa...

“ƏDV geri al” sistemində problem – Çeklərin ikinci surətini çıxarırlar?

Artıq ölkədə vətəndaşların əksəriyyəti "ƏDV geri al” sistemindən istifadə edir. Lakin zaman-zaman bununla bağlı probemlər də müşahidə olunur. Belə ki, sosial ...