Nisə Qasımova ağır xəstəliyindən danışdı - \"Axı mən yaşamaq istəyirəm\"

Nisə Qasımova ağır xəstəliyindən danışdı - \
Səhhətimdə problem yarananda ailədə dedim ki, yaxın qohumlar belə bilməsin. Allah dərdi verirsə, dərmanını da verir. Buna inanmaq, ruhdan düşməmək lazımdır.

Sfera.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "10-da görüşək" proqramında deyib. Xərçəngdən əziyyət çəkən və əməliyyat olunan müğənni artıq sağaldığını bildirib:

"Xəstəlik insan üçündür. Canlı nə varsa, xəstələnir də, sağalır da. İnsanlar gərgindir, əsəbləri yerində deyil. Hamının ailəsində problem var. Həyatdır, bir ömür yaşayırıq. Çalışaq elə yaşayaq ki, dərdimizlə camaatı yükləməyək. Sağaldım, şükür. Müayinədə şiş aşkarlandı. Həkim dedi ki, bir-birimizi aldatmayaq, hal belədir. Həmin an narahat oldum, axı mən yaşamaq istəyirəm.

Sonra dedim ki, hər gün dua edirəm, Allaha bağlı adamam, gecə-gündüz əlim göydədir, necə belə cılız reaksiya verirsən? Hər gün əlim göydə, dua edirdim. Bu xəstəliklə bağlı az eşitmişəm ki, şiş yığılır. Kimyaterapiya zad oldu. Əməliyyatdan əvvəl həkim baxdı ki, azalma gedir. Bu cavab mənə bəs etdi. Hər şey keçdi".

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...