Nikol Paşinyan referendum elan etdi

Nikol Paşinyan referendum elan etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.

Sfera.az xəbər verir ki, tərəfdarlarının mitinqində çıxış edən erməni Baş nazirin sözlərinə görə, bu seçkilər erməni xalqının nə istədiyini göstərəcək:

"Siyasi qüvvələr erkən seçkilərlə bağlı təklifimizlə razılaşarsa, biz bu sçekilərə getməyə hazırıq. İstəyirəm ki, xalq belə bir imkanı qazansın. Mən parlamentdəki müxalifətə səslənirəm: gəlin erkən seçkilərə gedək”.

Paşinyan həmçinin, mitinq zamanı bildirib ki, oktyabrda yeni Konstitusiya və ya ona düzəlişlər barədə referendum keçiriləcək:

"2015-ci ildə qəbul edilib 2018-ci ildə qüvvəyə minən Konstitusiyada böyük çatışmazlıqlar var. Eyni zamanda o, böhran vəziyyətinin yaranması riskini daşıyır. Hesab edirik ki, yarı prezident idarəetmə formasına keçid ən yaxşı variantlardan biridir. Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir. Referenduma qədər parlamen özü Konstitusiyanın xalq səsverməsi tələb etməyən bir neçə maddəsinə düzəlişlər edə bilər”.

Qeyd edək ki, Ermənistan 2015-ci ildə keçirilmiş referenduma əsasən 2018-ci ildə yarı prezident idarəetmə formasından parlament idarə formasına keçib. (Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...