Netanyahu İranı ittiham etdi

Netanyahu İranı ittiham etdi
İsrailin Baş naziri Binyamin Netanyahu Oman körfəzindəki İsrail gəmisində baş verən partlayışın arxasında İranın dayandığını bildirib.

Sfera.az xəbər verir ki, o, bu fikri "Kan” televiziya və radio şirkətinin efirində səsləndirib.

Netanyahu, "Birincisi, bu, həqiqətən İranın bir əməlidir, burası aydındır”,- deyə qeyd edib.

Hökumət başçısı İranın İsrailin ən böyük düşməni olduğunu və bu ölkənin nüvə silahı əldə etməməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gün İsrail mətbuatında 25 fevral tarixində Oman körfəzindəki İsrail gəmisində bir partlayış baş verdiyi, ancaq heç kimin xəsarət almadığı ilə bağlı xəbərlər yayılmışdı. Partlayış səbəbinin nə olduğu isə hələ ki, dəqiqləşdirilməyib.

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...