Nəsimi rayonunda Milli Qurtuluş Günü ilə bağlı video müşavirə keçirildi - FOTOLAR

Nəsimi rayonunda Milli Qurtuluş Günü ilə bağlı video müşavirə keçirildi - FOTOLAR
 Rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, qeyri hökümət təşkilatlarının,  rayonun fəal gənclərinin və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən video müşavirəni RİH başçısı Asif Əsgərov açaraq müşavirə iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi.
15 İyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanımızın tarixindəki mühüm əhəmiyyətini xüsusi vurğulayan A.Əsgərov 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirdi. Qeyd olundu ki,  həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiq çıxışında böyük əminlik hissi ilə bildirdi ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyev ideyaları işığında möhtərəm Prezident İlham Əliyevin  rəhbərliyi ilə yüksək zirvələr fəth edəcəkdir.
Daha sonra çıxış edənlər – 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova, 42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova və digərləri  qeyd etdilər  ki,  Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə  qayıdışı ilə  qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurması aradan qaldırıldı və cəmiyyətin həyatının bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirildi. Bildirildi ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...