Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində  müşavirə keçirilib
 Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat, xidmət sahələrinin və mənzil-tikinti koperativlərinin  rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə, çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və rayon ərazisindəki mənzil-tikinti koperativlərinə məxsus çoxmənzilli yaşayış binalarında  mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib.
       
 Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini  Qurban İsmayılov  son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanıldığını bildirdi. 
       
Qeyd olundu ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlif  MTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı  yaranan bir sıra çatışmazlıqlar  mövcuddur. 
       
Bildirildi ki, rayonun sanitar-təmizlik vəziyyəti,  rayon ərazisindəki parklarda,  mövcud yaşıllıqlarda sanitar-təmizlik işləri, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılması daim ciddi nəzarətdə saxlanılmalıdır.
   
 Əhalinin sıx yaşadığı çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olundu. 
     
Müşavirədə rayon ərazisindəki MTK-lara məxsus binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması barədə MTK rəhbərlərinə müvafiq tövsiyyələr verildi.
       


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...